Generalla sabiq nazir quda olub

Generalla sabiq nazir quda olub
 

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev sabiq nəqliyyat naziri Ziya Məmmədovla qohum olub.

Paralel.az xəbər verir ki, Ziya Məmmədovun qardaşı oğlu Arzuman Məmmədov Kərəm Mustafayevin qızı ilə ailə həyatı qurub. Ötən gün keçirilən dəbdəbəli məclisdə xeyli sayda sənət nümayəndəsi iştirak edib. Gecədə türkiyəli müğənni Alişan, Xalq artisti Röya Ayxan, Əməkdar artistlər Sevda Ələkbərzadə, Abbas Bağırov, müğənni Zamiq Hüseynov da səhnə alıblar. Tədbirin aparıcısı isə Leyla Quliyeva olub.

Məclisdən sonra isə Abbas Bağırov və müğənni Vüsal Hacıyevin də yer aldığı yığıncaq təşkil edilib. Sənətçilərimiz Alişanla birlikdə mahnılar səsləndiriblər.

0.047163009643555