Tapdıq Abbas yazır...

Tapdıq Abbas yazır...
 
BABA
Dünya lap əzəldən belədir, belə,
Şeytanla bərabər gəlmişik yerə!
Nəfs qoymur axı kimsə düzələ!
Dünya əyilibdi, düzələr, baba!
 
İstərsən lap qışqır, ucadan bağır!
İstərsən dünyanı köməyə çağır!
Oğuru elə bilir göydən pul yağır!
Əllərin kəsəsən, düzəlməz, baba!
 
Hamının qanında gəzişir şeytan!
Kafirdə qalmayıb zərrəcə iman!
Zalımın xisləti coşar hər zaman!
Şeytanın nökəri düzəlməz, baba!
 
Xalqa verilmir dövlət malından!
Sərvət dağıdılır xalqın adından!
Millət dövlətin çıxıb yadından?!
Talanır ölkəmiz üzülür, baba!
 
Rusun nökərləri sanki lom udub!
Çoxu, ana dilini çoxdan unudub!
Naiblər, nökərlər hər yanı tutub!
Ölkənin nizamı pozulub, baba!
 
Naziri oğrudur, məmuru oğru!
Məmur istəməz gəlirsiz doğru?
Millət yürüyəcək düşmənə doğru!
Darıxma, ölkəmiz düzələr, baba!
 
Tapdıq Abbas
Paralel.az
0.015468120574951