Binəqədi rayonunda üç nəqliyyat vasitəsi qəzaya uğrayıb-FOTO

Binəqədi rayonunda üç nəqliyyat vasitəsi qəzaya uğrayıb-FOTO
 

 

Paralel.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinin Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, ağır tonajlı yük avtomobilinin sürücüsü tıxac olduğundan qəfil əyləcdən istifadə edib.

İdarəetmədən çıxan yük avtomobili "KİA" və "Nissan" markalı avtomobillərə dəyib. Ağır tonajlı nəqliyyat vasitəsi isə yolayrıcında olan betona dəyərək aşıb.

Sumqayıt istiqamətində olan şossedə sıxlıq yaranıb. Əraziyə qaldırıcı kran cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

0.043545007705688