Cinlərlə intim əlaqədə oluram

Cinlərlə intim əlaqədə oluram
 



İki gün öncə paralel.az saytında yayımlanan “Cinlərin təsirinə məruz qalan oxucularla dialoqum” başlıqlı yazımızda toxunduğumuz məsələlər cəmiyyətdə geniş rezonans doğurdu (bir neçə sayt bu yazını təkrar yayımladı). Yazı ilə bağlı ünvanımıza çoxsaylı suallar gəlməkdədir. Oxucu marağını nəzərə alıb, həkimlik praktikamda rastlaşdığım başqa bir neçə qəribə hadisəni pasiyentlərimin razılığını alaraq (adı dəyişdirməklə) diqqətinizə çatdırıram.

Bir gün Vüsal adlı pasiyentim (ad şərtidir) qəbuluma gələrək, başına gələn qeyri-adi hadisəni danışdı. Dedi qəribə bir hadisə ilə rastlaşmışam, çox əziyyət çəkirəm, mənə kömək edə bilərsinizmi?
 Dedim nə məsələdir? Dedi bir qadın cin mənə ilişib, göz verib, işıq vermir. Daim yanımda gəzir, gecələr də mənimlə yatır, cinsi əlaqədə oluruq. Yanımda gəzdiyini məndən başqa heç kəs görmür. Mağazaya gedəndə mənə deyir nə istəyirsən götür, pul vermə, satıcıya de ki, ödədim, o da təsdiq edəcək ki, ödəmisən; istəsən pulun “qalığını” da ala bilərsən. Mən bunun doğruluğunu dəfələrlə yoxladım: cin yanımda olarkən, siqaret alıb, satıcıya pul vermədən dedim ki, “əllilik” vermişdim, pulun qalığını qaytar. O da siqaretin pulunu "çıxıb", "qalığını” qaytardı. Amma sonralar bu halları təkrar etməyə vicdanım yol vermədi. Gecələr məni çox yorduğuna və insan qadınlara qısqandığına görə ondan aralanmaq istəyirəm, bacarmıram, mənə kömək edin doktor.

Dedim o cin qadın müğənni filankəsə bənzəyirmi? (Müəyyən səbəblərdən müğənninin adını çəkmirəm.) Dedi haradan bildiniz, yoxsa siz də görmüsüz? Dedim yox, səndən qabaq da birinə ilişmişdi; həmin adam cinin bütün əlamətlərini təsvir etdikdən sonra dedi kopya müğənni filankəsə oxşayır. Ondan yadımda qalmışdı. Gördüm sənin sadaladığın əlamətlərlə onun dedikləri üst-üstə düşür...

Nə isə, bi neçə seansdan sonra qadın cin bir də Vüsalı narahat etmədi. Vüsal onu da deyirdi ki, qadın cin məni həyatdakı insan qadınlara qısqanırdı. Yəni, oğlan hansı qızla tanış olurmuşsa, cin gedib ona toxunurmuş, həmin qızlar ya ağır xəstəliyə düçar olurmuşlar, ya da başlarına pis işlər gəlirmiş... Ona görə də oğlan daha heç bir qıza yaxın durmaq istəmirmiş ki, qızlar bədbəxt olmasınlar.
 
Yeri gəlmişkən, buna bənzər bir hadisə ilə, rayonların birində rastlaşmışdım. Qonaq qaldığım evdə ailənin gənc qıznı 20 ildən artıqdır ki, cinlər qaranlıq otaqda əsarətdə saxlayırdılar. Bu müddətdə heç kəslə təmasda olmağına icazə vermirlər. Ailə elə bilir ki, qıza vergi verirlər və nə vaxtsa, o xüsusi qabiliyyətə sahib olub, pul qazanacaq... Amma mən orada qonaq olarkən, qızın yatdığı qonşu otaqda nəyin baş verdiyini başa düşdüm və qızın halına ürəyim ağrıdı (o vaxtlar bu cür hallara müdaxilə etmək gücündə deyildim). Müqayisə üçün deyim ki, erməni əsirliyində olmaq, cinlərin əsarətində olmaqdan daha şükürlüdür...

Oxşar bir hadisə Bakıda yaşayan, IX sinif şagirdi olan bir qız pasiyentimin başına gəlmişdi. Anası ilə qəbuluma gələn həmin qız mənə etiraf edəndə ki, cinlərlə cinsi əlaqədə olur və onlardan uşaq doğub, anasının gözləri bərələ qaldı və eşitdiyindən az qala şok olacaqdı. Doğulan uşağı ana (IX sinif şagirdi olan bakirə qız) görsə də, evdə ondan başqa heç kəs görmürdü. Qız deyir ki, atası hərdən uşağı gətirir, mənimlə görüşdürür. Hətta, uşağı gec görəndə ondan ötrü darıxıram. Anası qızı bir neçə dəfə seanslara gətirəndən sonra artıq həmin qız “uşağı” üçün darıxmadı və o məxluqlardan, onların mühtindən tamami ilə uzaqlaşdı...

Bir vacib və gizli məqama da diqqətinizi cəlb edim ki, falçılıqla (qara magiya ilə) məşğul olanların hamısının yolu bu cür "əsirlikdən” keçir. Sonra təmasda olduqları imansız cinlər onlara zaman-zaman informasiya ötürürlər. Onlar da həmin informasiyaları yanlarına gələn adamara ötürməklə pul qazanırlar.

Onu da deyim ki, onların verdikləri informasiyaların bəziləri düz olur (kartla, kofeylə, şamla baxan "şeytan”lar da belədir).

Çünki, "Quran”da buyrulduğu kimi, şeytan insanları hər yerdə görə bilir və gördüklərini də əsarətdə saxladığı cadugərə xəbər verir... Bütün bunlar "İnək” surəsinin 102-103-cü ayələrində geniş izah olunduğundan bu barədə çox danışmıram.

Həkim və Elmi-lədun bilicisi olaraq müşahidələrimiz göstərir ki, bu gün cəmiyyətin böyük əksəriyyəti neqativ enerjinin təsirindən əziyyət çəkirlər. Ən maraqlısı da budur ki, bu işlərin (fitnə-fəsadların) çoxunun arxasında qadınlar dayanır . Onlar bunu bəzən bilərəkdən edirlər və elə bilirlər ki, xoş bir missiya həyta keçirirlər. Belə ki, onlar xoşladıqları bir kişi ilə münasibət qurmaq istədikdə, bunu birbaşa kişiyə deməkdənsə, gedib cadugərə (falçıya) deyirlər. Kişini ələ almaq üçün falçıdan kömək istəyirlər. O da öz növbəsində bu işin onun üçün heç bir problem olmadığını, hər şeyi həll edəcəyini deyir. Və "gərəkəni yapır". Elə bütün bəlalar da bundan sonra baş verir.

Soruşacaqsınız ki, nə baş verir?
O baş verir ki, kişinin həyatında bütün işlər düyünə düşür: maddiyyatı azalır (və yaxud kəsilir), immuniteti zəifləyir və nəticədə tez-tez səhhəti pozulur, xəstələnir, məhəbbət hissini itirir (əks cinsə həvəsi olmur), həyat eşqi, yaşamaq həvəsi olmur, yuxuda diksinmələr, fobiyalar müşahidə edilir, qəmgin olur, özünə qapanır və s. Nəticədə, bu tilsimi elətdirən qadının bütün gözləntiləri boşa çıxır. Əvvəllər həmin kişi ilə arada bir kofe içirdilərsə, bundan sonra o da olmur. Çünki, kişidə o qədər problem yaranır, ən əsası da bütün qadınlara qarşı həvəsi elə ölür ki, nəinki, başqa qadınlarla, heç evdəki qadını ilə də normal münasibət qura bilmir.

Ona görə də həkim və bilici olaraq qadınlara məsləhət görərdim ki, hansısa kişidən xoşları gəlirsə, ona eşq elan etməyi vacib bilirlərsə, bunu birbaşa etsinlər. Hansısa görücünün, falçının “köməyindən” heç vaxt istifadə etməsinlər. Bu, qanmaz uşağı kiritmək üçün əlinə qranat verməyə bənzəyir. Gec-tez həmin qranat uşağın əlində patlayıb fəsad törətdiyi kimi, magiya da insan həyatına daim neqativ enerji ötürdüyündən, gec-tez müxtəlif fəsadlar (xəstəliklər, faciələr...) törədir.
 Həkimlik təcrübəmdə hər gün qadınların (guya sevgidən) etdikləri tilsim səbəbindən sağalmaz xəstəliyə, depressiyaya, uğursuzluğa düçar olan neçə-neçə kişi görürəm. Onların halına ürəyim ağrıdığına görə bu yazını yazıram ki, qadınlar bu sahədə maariflənsinlər və etdiklərinin (daha doğrusu etdirdiklərinin) kişilərə necə ağır başa gəldiyini dərk etsinlər.
  Əziz qadınlar, bir həkim kimi sizlərə müraciət edirəm: əgər bir kişini sevirsinizsə heç vaxt ona tilsim, cadu etdirməyin!
Bilməliyik ki, insanın etdiyi əməllər bir gün bumeranq kimi mütləq öz qarşısına çıxır. Odur ki, gözəl əməllərlə məşul olağın ki, qarşımıza da həmişə xeyir çıxsın!

"İçərinizdə insanları yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu adamlar), həqiqətən nicat tapmış şəxslərdir”. "İmran ailəsi” surəsi, 104.


Paşa Yaqub – Həkim, Elmi-lədun bilicisi

Paralel.az

0.021883010864258