Nə oldu, lələ?

Nə oldu, lələ?
 
 
Zəhmətlə yaşayıb, daim çalışan!
Xalqın zəhməti nə oldu, lələ?!
Vətənə qurban gedən şəhidlərin!
Qazancları şöhrət, şan oldu, lələ!
 
Xalqımız çox qurbanlar verdi, lələ!
Qalan öğlunu da qurban dedi, lələ!
Xalqın sərvətini yeyir alçaqlar!
Xalqı talan edən kimlərdir, lələ?!
 
Zakir Nəcməddinlə verib əl-ələ!
Qəhrəman Orduya qurdular tələ!
Öldürülən əsgərin sayı çox hələ!
"Tərtərə ədalət" nə oldu, lələ?!
 
Torpağı qalib gəlib aldıqsa, lələ!
Düşmənin başın əzdiksə, lələ!
Müharibədə qalib gəldiksə, əgər,
Xalq pis hala niyə düşüb, lələ?!
 
Məmurlar vəzifədə səf düzləndilər!
Müharibədə qaçdılar, tam gizləndilər!
İndi milləti soyurlar, həm üzləniblər!
Bəs xalqa xidmət vədi nə oldu, lələ?!
 
Xalqa xidmət etmək çox çətindir!
Xalqı eşitməksə doğru seçimdir!
Qalib çoxyiyəli, məğlub yetimdir!
Xalq sözün deyəcək, darıxm, lələ?!
 
Tapdıq Abbas
Paralel.az
0.020918130874634