Daha iki şəhərdən Azərbaycana uçuşlara başlanacaq

Daha iki şəhərdən Azərbaycana uçuşlara başlanacaq
 

Gələn ay "Pakistan Beynəlxalq Hava Yolları" (PİA) şirkəti ölkənin iki şəhərindən Azərbaycana uçuşlara başlayacaq.
Paralel.az xəbər verir ki, Pakistanın milli aviadaşıyıcısı martın 16-dan başlayaraq hər həftənin çərşənbə günləri Kəraçinin Cinnah Beynəlxalq Hava Limanından, martın 19-dan başlayaraq isə hər həftənin şənbə günləri Lahorun Əllamə İqbal Beynəlxalq Hava Limanından Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna reyslər təşkil edəcək.

0.027376174926758