"Deyəsən hədəfdəyik, yenidən bir gediş eləyib..."

 
 
Zahid Cabbarov:
Səhv eləmirəmsə Birinci Piyoturun belə bir ifadəsi var: ''Parçala, hökm sür!''
İllərdir ki, böyük qardaşımız Rusiya ulu babasının bu şuarından istifadə edərək, öz çirkin siyasətini Azərbaycanda bu gün də uğurla davam etdirir.
Reallıq göz qabağındadır. On miliyonluq əhalisi olan balaca bir ölkənin 50-dən yuxarı müxalifət və iqtidarı dəstəkləyən dırnaqarası partiyaları var. Bitərəfləri də nəzərə almaqla, belə düşünmək olar ki, həmin partiyaların sayı qədər də xalq bölünüb parçalanmışdır.
Xarici ölkələrdə mühacir həyatı yaşayan soydaşlarımızın " söyüş müxalifətini" də nəzərə almaq yerinə düşər. Şərti olaraq adlandırdığım ''söyüş müxalifəti'' dünyanın heç bir ölkəsində yoxdur. Belə demək mümkündürsə, ancaq bizim ölkəyə aiddir və getdikcə də adi bir hal alır. İqtidar-söyüş müxalifəti qarşıdurması, kəskin və qərəzli bir ''pik'' həddə çatmışdır. Bu isə ölkənin imicinə, nifuzuna bir zəribədir, xalqına isə nə ad vermək olar, bilmirəm!
Hazırda Ramiz Mehdiyev başda olmaqla, ''5-ci kalon'' ölkə gündəliyində olan ən aktual mövzulardan biridir. Artıq Rusiya 30 ildən sonra yenidən Azərbaycanın bir parçası olan Qarabağda oturub. Deyəsən hədəfdəyik, yenidən bir gediş eləyib üstümüzə gəlir.
Göründüyü kimi, Rusiyanın ənənəvi ''Parçala, hökm sür!'' siyasəti bu gün də davam edir. Bizim ''başı tərpənənlərimiz'' isə bir-birinə qənim kəsiliblər. Rusiyanın çirkin siyasətinin icraçılarına, oyunçularına çevriliblər!
Allah axırını xeyir eləsin!
Paralel.az
0.45549297332764