Zühuru gözləyənlərə müjdə - İmamdan mesaj gəldi

 

Zühuru gözləyənlərə müjdə - İmamdan mesaj gəldi 
 

 

"Rəbbin hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsiniz?" “Quran”, 6:80.

Qonşuluğumda gənc və mömün bir oğlan yaşayır. Qəlbində böyük bir Allah eşqi, Peyğəmbər sevdası, İmam məhəbbəti var. Bəlkə elə bu səmimiyyətinə görədir ki, sevdiyi peyğəmbərlər, imamlar tez-tez yuxusuna girir, müəyyən təskinliklər, məsləhətlər verirlər. Bəzən müqəddəslərin  üstüörtülü dediyi cümlələri başa düşməyəndə adının çəkilməsini istəməyən bu qonşum gəlib yuxusunu mənə danışır və onların mesajlarını şərh etməyi məndən xahiş edir. Bu mömin və sıxıntıda olan qonşum İmam Mehdi Əleyhissəlamı da dəfələrlə yuxuda görüb və nə vaxt zühur edəcəyini, mömünləri nə zaman xilas edəcəyini İmamdan soruşub. Hər dəfə də aldığı cavab bu olub ki, səbirli ol. Bu qonşum hər dəfə məndən soruşurdu ki, Siz də Xilaskar barədə arabir yazılar yazırsız, bilmirsiz İmam nə vaxt zühur edəcək?

Hər dəfə ona izah edirdim ki, göydən kiminsə yerə enib, burada nizam yaratmasının, haqqı, ədaləti bərqərar etməsinin Quranda analoqu yoxdur. Quranda olmayan bir hal heç vaxt baş verə bilməz. Xilaskar bütün dövrlərdə olduğu kimi, indi də xalqın içərisindən çıxacaq və Yerdə sülhü, əminamanlığı, ədaləti bərqərar edəcək (təbii ki, xalqın dəstəyi ilə). Hər bir Peyğəmbər öz dövrünün imamı olduğu kimi, hər bir İmam da öz dövrünün Peyğəmbəridir (təbii ki, hər birinin öz dərəcəsi var).

Peyğəmbərlik isə, bir missiya olaraq, insan yaranandan son dövrlərədək davam edib. Onların hər biri bu missiyanı özündən sonra gələnə ötürüb və ruhlar aləmində ona xeyir-dua verib. Bu missiyanın sonuncu daşıyıcısı İmam Mehdi (ona və bütün imamlara, peyğəmbərlərə Allahın salamı olsun!) olub. Bu gün Yerdə xeyirlə şər arasında tarazlıq pozulduğuna və zülm ərşə dirəndiyinə görə təbii ki, Allahın elm və missiya verdiyi bir nizamlayıcıya, qurtarıcıya ehtiyac yaranıb. Allahın izni ilə bu işi görəcək şəxsə ruhlar aləmində (İlahi sistemdə) ilk xeyir-duanı İmam Mehdi verməlidir. Bu həzrət özündən əvvəlkilərdən qəbul etdiyi missiyanı Allahın aramızdan seçdiyi şəxsə ötürüb, ona xeyir-dua verməlidir...

Bu dediklərimə mömin qonşum inansa da, yenə də hiss edirdim ki, qəlbinin dərinliklərində İmam Mehdini gözləyir. Qəlbində imam sevgisinin güclü olduğunu bildiyimdən, onun fikirlərinə və gözləməsinə hörmətlə yanaşırdım.  

Dünən nəhayət, mömin qonşum gülər üzlə gəldi ki, doktor, mən yenə də İmam Mehdini gördüm. Amma, bu dəfə fərqli bir mənzərə idi və fərqli mesajlar verdi. Amma, yenə də mesajları tam olaraq başa düşə bilmədim.

Dedim gördüklərini danış.

Dedi gördüm gözəl bir yaşıllıq, təbiət qoynudur. Dünyanın hər yerindən möminlər bura toplanıb. Cəmi bir neçə yüz nəfər olarlar. (Qonşum da bunların arasında qabaq cərgədədir.) Onların dəvət olunmasında məqsəd İmam Mehdi Əleyhissəlamdan tapşırıq alacaqlarıdır. Hamı İmamı gözləyir. Nəhayət, İmam gəlib hündür bir yerdə dayanıb üzünü mömünlərə tutub, onlara Allahın Salamını çatdırdı. Möminlərə xitabən: “Ey iman gətirənlər! Sizin tapşırığınızı Allah “Cümə” surəsində verib. İndi gedin həm “Cümə” surəsinə əməl edin, həm də onu icra edin”. Sonra mən İmamdan soruşdum ki, Ya İmam, bəs mən neyniyim? Dedi sən də bu camaat kimi, həm “Cümə” sursinə əməl elə, həm də icra elə.

Qonşum bu gördüklərini danışandan sonra dedi bayaqdan baxıram “Cümə” surəsinə, başa düşə bilmirəm ki, burada nəyi icra etməliyəm. Doktor, bəlkə sən mənə bir məsləhət versən?

Onun söhbətini dinlədikdən sonra Quranın tərcüməsini götürüb, “Cümə” (62) surəsini təkrar bir də oxudum. Bir neçə tərcüməyə baxdıqdan sonra başa düşdüm ki, burada icra olunası ayələr 2-ci və 3-cü ayələrdir (qalan ayələrə əməl olunmalıdır). Ayələrdə deyilir:

“Ümmilərə (dini bilgisi olmayanlara) özlərindən onlara Allahın ayələrini oxuyan, onları (günahdan)təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərən Odur. Həqiqətən, onlar daha əvvəl açıq-aydın bir zəlalət içində idilər”.

“Allah (bu peyğəmbəri, xilaskarı) özlərindən olub hələ onlara qoşulmamış başqa kimsələrə (millətlərə) də göndərmişdir. O, qüdrətlidir, hikmət sahibidir”.“Cümə” surəsi, 2 və 3-cü ayələr.

Ayələrdən görünür ki, hazırda yolun azmış, çox hissəsi demək olar heç bir dinə, kitaba tabe olmayan bəşəriyyəti günahlardan təmizləmək, zəlalətdən qurtarmaq üçün peyğəmbər təyin edilib. Lakin, burada bir nəfərin Peyğəmbər seçilməsindən söhbət getmir. Sadəcə, bu missiyanın sonuncu daşıyıcısı İmam Mehdi Əleyhissəlam  olduğu üçün, o, missiyanı davam etdirməyi Yer kürəsində az sayda olan möminlərin öhdəsinə buraxır. Bu missiyanı icra etməyi onlara tapşırır. Özü isə, Haqq dərgahına qayıdır. Ola bilsin ki, gələcəkdə bu möminlərin də tapşırığı necə icra etməllərinə baxıb, içlərindən daha üstününü rəhbər seçəcəkdir.  Odur ki, özünü mömin hesab edənlərin əsas vəzifələri Allahın (həm də İmam Mehdinin) tapşırığına əməl edərək, “Cümə” surəsinin 2 və 3-cü ayələrini icra etməkdir.

Ayələrdən görünür ki,  möminlər elmi-texniki tərəqqinin imkanlarından istifadə edərək, bu işi bütün dünyada (qeyri millətlər arasında) da icra etməlidirlər. Bəşəriyyət onlara inanıb, günahlardan təmizlənər və Allahın tövsiyyələrinə əməl edərlərsə, Yaradan onları bağışlayar və düşdükləri böhrandan onları möminlərin vasitəsi ilə xilas edər.

Burada diqqət çəkən məqamlardan biri də “Cümə” surəsinin nömrəsi (62) ilə bağlıdır. Belə ki, 62 ədədi Quranda 36 dəfə keçir (qalan surələrdə ayələrin sayı 62-dən azdır). Bu fakt diqqətimizi 36-cı surə olan “YA SİN”-ə yönəldir. Yeri gəlmişkən, bir qədər də “YA SİN” surəsinin hikmətlərindən bəhs edək.

Bildiyimiz kimi, Kainat fizikanın qanunları (fiziki qanunlar) ilə idarə olunur. Yəni, İlahi sistemdə enerjinin paylanması ilə, fizikada enerjinin paylanması qanunları üst-üstə düşür.

Məsələn, 36-cı surə “YA SİN” adlanır. İlyas Peyğəmbərə müraciətlə müqəddəs kitabda "İlyasin" deyilməsi, bu sözün "kamil insan", "Peyğəmbər" sözünün sinonimi olduğunu deməyə əsas verir.

Bildiyimiz kimi, kamil insan olan peyğəmbərlər (xilaskarlar) Allah-təala ilə bəndələri arasında enerji ötürücüsü funksiyasını yerinə yetirirlər. Fizikada isə bu funksiyanı transformatorlar yerinə yetirir. İndi onlar arasında olan riyazi oxşarlıqlara nəzər salaq.

Kamil insanın anatomik quruluşunda 5 duyğu üzvü, 5 oma, 5 bel fəqərəsi; həmçinin baş-beyində 5 şöbə vardır və 5 dəfə ibadət edir. Sadaladığım 5 amili özündə cəmləşdirən kamil insanın “Quran”dakı rəmzi 36-dır (YA SIN).

Maraqlıdır ki, transformatorda da 5 vəziyyət olmaqla, hər vəziyyətdə 36 (!) sarğı olur.

Bildiyimiz kimi Peyğəmbərin qəbul etdiyi enerji (vəhy) gizli səs, siqnal formasında olur. O, bu siqnalı sözə ÇEVİRMƏKLƏ insanlara çatdırır. Həm də, hamısını deyil, onların şüuru səviyyəsində (həzm edə biləcəyi qədər) ötürür.

Maraqlıdır ki, transformatorun da prinsipi eynən bucürdür. "Transformasiya" ÇEVİRMƏ deməkdir funksiyası mənbədən qəbul etdiyi yüksəkgərginliklienerjini alçaqgərginlikli enerjiyə (220) çevirib mənsəbə(cihazlara) ötürməkdən ibarətdir.

Bildiyimiz kimi, transformatorlar - yüksəldici və alçaldıcı olmaqla - iki qrupa bölünür.

Yüksəldici transformatorların vəzifəsi qəbul etdiklərienerjini artıraraq ötürməkdən ibarətdir. Onlara nəinki cihaz birləşdirmək, heç yaxınlaşmaq da mümkündeyildir. İnsanı məsafədən vurur. Onun üçün belətransormatorlar məhəllələrdən kənarda qoyulur onlarla əlaqə alçaldıcı transformatorun vasitəsi iləqurulur.

İlahiyyat sistemində bunun misalı vəhy gətirənmələkdir (Həzrət Cəbraildir) ki, adi insanların onunlaəlaqəsi nəinki mümkün deyildir, hətta uzaqdan beləonu görməsi ilə mələyin enerji informasiya yükünətab gətirə bilməz! (Xatırladım ki, Həzrət CəbrailPeyğəmbərimizə çox vaxtı məhəllədən kənardaHiradağında nazil olardı.)

Alçaldıcı transormatorlar isə, məhəllə (oxu: cəmiyyət) daxilində yerləşdirilməklə, yuxarıda qeyd etdiyimkimi, qəbul etdiyi yüksəkgərginlikli enerjini azaldaraq, cihazların (oxu: insanların) tutumuna uyğun220-yə çevirərək, ötürürlər.

İlahi sistemdə bunun misalı peyğəmbərlərdir ki, qəbuletdikləri vəhyin bir hissəsini özlərində saxlamaqla ,digər qismini insanların beyin tutumuna (şüursəviyyəsinə) uyğun olaraq, cəmiyyətə ötürürlər.

İlahi sistemdə fizikada enerjinin saxlanması paylanmasındakı bənzərlik tək bunlardan ibarətdeyildir. Belə ki, məişətimizdə istifadə etdiyimiz bütüncihazların üzərində bir qayda olaraq 220 ədədi həkkolunmuşdur.

Maraqlıdır ki, həmin 220 ədədi enerji (ruh) daşıyıcısıolan insanın da üzərinə həkk olunmuşdur. Belə ki, hərbir insanın anatomik quruluşu 220 (!) sümüyünbirləşməsindən yaranıb!

Diqqətinizi başqa bir maraqlı məqama da çəlb etməkistəyirəm. Fiziklərdə belə bir haqlı sual yaranacaq ki, peyğəmbərlər (xilaskarlar) da anatomik biolojicəhətdən bizim kimi insanlar olduğu halda, niyə onlarmələyin informasiya enerji yükünə tab gətirə bilir, başqa insanlar tab gətirə bilmir?

Bu maraqlı sualın da cavabını yenə fizikanın qanunlarıilə vermək mümkündür. Belə ki, adətəntransformatorların tutumunu artırmaq üçün onu açıb, içindəki sarğıları artırmaqla (genişləndirməklə) bunanail olurlar.

Kamil insanlarda da eynən bu cürdürvəhy qəbuletməzdən öncə Allahın izni ilə onların qəlbindəgenişlənmə prosesi gedir. Yəni, onların enerji informasiya götürmə qabiliyyəti artırılır. Bu barədəQuran”ınAçılıb genişlənmə” (94) surəsində belədeyilir:

 

Məgər Biz sənin köksünü açıbgenişləndirmədikmi?!” 94:1.

(Haşiyə: 94-cü surədə bəhs olunan açılıb genişlənmə prosesini yaşamayan adamın bunları şərh etməsimümkünsüz olardı).

Bütün bu digər hesablamalarımız, Elmi-lədunbilgilərimiz göstərir ki, hazırda zülm zəlalətdə olanbəşəriyyəti göydən kimsə gəlib xilas etməyəcəkdir.İnsanlar bu kimi hikmətləərdən ibrət alaraq tövbəetməli, Allahın kitabına tapşırıqlarına əməl etməli,zalımlardan məsafə saxlamalı, xeyir əməllərlə  məşğulolmalıdırlar ki, Allah da onları bağışlayıb, qurtuluşlarına qərar versin.

Allahın İmamın mesajlarını şərh etdi: Paşa Yaqubhəkim, Elmi-lədun bilicisi

Paralel.az

0.061036109924316