Ustada namə

Ustada namə
 

 

 

Fevralın 20-də bir vaxtlar müxtəlif vəzifələrdə çalışan, sonradan uzun illər dil-ədəbiyyat müəllimi işləmiş, müəllimlər müəllimi Məşi İsmayılovun 80 yaşı tamam olur. Onu təbrik edir, möhkəm can sağlığı, xoş günlər arzulayırıq.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu 80 yaşı münasibəti ilə öz müəllimi haqqında yazır:

ƏS Səlamu əleykum və rəhmətullahi və bərəkatuh. ALLAHın Salamı OLsun - görənlərə, eşidənlərə, duyanlara, oxuyanlara, çatdıranlara, yayanlara...

 II Dünya Savaşı zamanı Dünyaya gəldin. Zamanın amansız  ağırlıqlarını milyonlarla  ATAsız uşaqların biri olaraq yaşadın. ALLAHın lütfü, ANA qayğısı ilə hər zaman və hər yerdə birincilik qazandın...

MÜƏLLİMİN -  ALLAH, ANA, Seçilmişlər və Azərbaycanın ən məşhur pedaqoqları oldu. 

O -  MÖHTƏŞƏM və Möhtərəmlərin Lütfü, himayəsi, dəstəyi ilə Zirvələrə yuksəldin. 

Nəslin orta və ali təhsilli ilk nümayəndəsi  oldun...

Şura hökumətinin bölgəni  işğal etməsinə qarşı mübarızədə alınmaz Qala olduğu üçün dəfələrlə yandırılan HUNOBAda DƏDƏ Ocaqlarını bərpa etdin...  

Nəslin, 1937 ci il repressiyaları zamanı sürgün edilmiş üzvlərini axtardın, tapdın, Vətənə gəlməsinə nail oldun... 

Bir zamanlar Özü üçün Arayış almaq problemi yaşayana, 10 - larla yeni ailəyə yurd-yuva qurmaq sərəncamını verməyi ALLAH Sənə nəsib etdi...

MÜƏLLİM, HƏKİM, ƏSGƏR -  ORDUSU yetişdirdin...

Dünyanın problemi olan Meşələrin qorunması ilə bağlı, hər kəsə nümunə oldun...

Bütün MÜƏLLİMlərinin - ANAnın, Əminin, Dayının, Bibinin, Sayadın, Dadaşın, Mirəziz Rəfiyevin, Kamil Əliyevin, Əkbərovların, Əkrəm Cəfərin, Feyzullah Qasımzadənin, Əbdüləzəl Dəmirçizadənin, Mirzə Cavad Bağırovun, Xəlil Rzanın, Əhədin və burada adı çəkilməyən, Haqqı olan,  HAQQA qovuşan, təsirli, xeyirxah, ədalətli adamların hər birinin Ruhu şaddır. 

Zirvə olduğunuza görə. 

USTAD olduğunuza görə...

ATAsız böyüyən, dərs dediyi hər kəsə ATA olan USTAD!

Hər kəlməsi ilə, hər kəsi böyüdən USTAD!

Yetirmələri ilə böyüyən USTAD!

80 Yaşın MÜBARƏK! 

ALLAH 100 Yaşında görüşməyi nəsib etsin! AMİN! 

USTAD  MƏŞİ MÜƏLLİM!

MƏŞİ İNŞALLAH OĞLU İSMAYILOV. 

Hörmətlə:  Yüzlərlə yetirmələrindən biri – MİRMAHMUD MİRƏLİOĞLU.

 

Paralel.az

0.018433809280396