Orfoqrafiya lüğəti üçün söz yaradıcılığı

Orfoqrafiya lüğəti üçün söz yaradıcılığı
 

 

Son illərdə ən böhranlı dövrünə qədəm qoyan, "ölüm-qalım" mübarizəsi aparan AMEA-nın əslində elit təbəqəsi olmalı olan akademiklərin hamısı bu ada layiq olmadığından çeşidli epitetlərə yol açdılar...

Təəssüf ki, bir qismi magistr səviyyəsində belə ciddi araşdırma qabiliyyətinə malik olmayıb ən üst qatda yer alan bu akademiklər bu ali elmi dərəcə və titulu tamamilə məsxərə hədəfinə çevirdilər. Nəticədə "akademşəbəkə" (İdris Abbasov), bisavad akademik, "psevdoakademik" (Səadət Şıxıyeva), "donqili akademik" Cəmil Həsənli), meyxanaçı akademik, akademik oğurluq, akademik yeyinti,  akademik plagiat, əyyaş akademik və s. kimi acı gülüş doğuran ifadələr yarandı.

Bu acı reallığın və özünün tənəzzül dövrünə qədəm qoyan elmi mühitin sözdəki inikası məndə belə bir sual yaratdı bu ifadələr yeni hazırlanacaq Orfoqrafiya lüğətinə də daxil olmalıdırmı, olacaqmı Yoxsa o lüğətin son variantı hazırlananadək biz bu bəlalardan xilas olub o sözləri lüğət və yaddaşımızdan siləcəyik.

Şərqşünas alim Səadət Şıxıyeva

Paralel.az

0.43552780151367