Bəşəriyyət qoxu hissini itirir

Bəşəriyyət qoxu hissini itirir
 

Paralel.az xəbər verir ki, tədqiqatçılar bəşəriyyətin qoxu hissini itirdiyini təsdiqləyib: “Çinin Şanxay Qidalanma və Sağlamlıq İnstitutunun tədqiqatçıları insanların iybilmə qabiliyyətini tədricən itirdiyini göstərən yeni ipuçları əldə ediblər.
İnsanların iybilmə qabiliyyətinin zamanla azaldığına dair fərziyyə bir müddətdir elmi ictimaiyyətdə müzakirə mövzusudur. Yeni araşdırmada bu fərziyyənin doğru ola biləcəyinə dair tapıntılar əldə edilib.
Tədqiqatçılar eksperimental qurğuda qoxu reseptorlarında genetik dəyişikliklərin zamanla qoxu intensivliyində azalma göstərə biləcəyini görmək istəyib.
Tədqiqat qrupu iştirakçıların təqdim olunan qoxulara necə reaksiya verdiyini təyin edən genetik variasiyaları da araşdırıb. Daha sonra bu genetik mutasiyalar araşdırılıb və onların təkamül yaşları qiymətləndirilib. Anlaşılıb ki, reseptorların "əcdad versiyası" olan, yəni köhnə tipli insanlar bu qoxuları daha intensiv qəbul edirlər.
PLOS elmi jurnalında dərc edilən araşdırma bu dəlilin insanların qoxu hisslərinin zamanla azaldığını göstərir”.
Nigar

0.012837886810303