Gürcüstan vətəndaşlarının Azərbaycana daxil olmasına icazə veriləcək

Gürcüstan vətəndaşlarının Azərbaycana daxil olmasına icazə veriləcək
 

Azərbaycan hökuməti daha bir neçə ölkə vətəndaşının Azərbaycana daxil olmasına icazə verəcək.

Paralel.az xəbər verir ki, bununla bağlı Azərbaycanın Baş naziri Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına sərbəst icazə veriləcək:

● Gürcüstan;
● Albaniya Respublikası;
● Dominikan Respublikası;
● Filippin Respublikası;
● Hindistan;
● İndoneziya;
● İran İslam Respublikası;
● Kolumbiya Respublikası;
● Moldova Respublikası;
● Özbəkistan Respublikası;
● Pakistan İslam Respublikası;
● Peru Respublikası;
● Tacikistan Respublikası;
● Tailand Krallığı;
● Tunis Respublikası;
● Türkmənistan Respublikası;
● Venesuela Bolivar Respublikası.

Qeyd edək ki, bu günədək yalnız Gürcüstan vətəndaşları Azərbaycanın Gürcüstandakı konsulluğuna müraciət edərək icazə aldığı halda Azərbaycana hava yolu ilə səfər edə bilirdilər. Bunun üçün isə vətəndaş, Azərbaycanda daimi qeydiyyatı, nigahı və digər bir sıra amillər göstərməli idi.
Akif Nəsirli

0.024171113967896