Bakıda ticarət dövriyyəsi yüksəlib

Bakıda ticarət dövriyyəsi yüksəlib
 

Paralel.az xəbər verir ki, ötən il Bakı şəhərinin bütün ticarət müəssisələrində malların satışından, işlərin görülməsi və xidmətlərin göstərilməsindən 22,580 mlrd. manat gəlir əldə olunub. Bu, 2020-ci illə müqayisədə 35,4% çoxdur.

Qeyd edək ki, sözügedən göstərici qaytarılan mallar və ticarət güzəştləri nəzərə alınmaqla, ƏDV və aksiz vergisi çıxılmaqla hesablanıb.

Rayonlar illik gəlirləri (mln. manatla) aşağıdakı dinamika ilə inkişaf edib:

Nizami - 5 269,1- 30,7%
Nərimanov - 4 635,6 - 35,6%
Nəsimi - 3 652,5 - 30,4%
Yasamal - 2 427,4 - 2,2 dəfə
Binəqədi - 2 376,6 - 31,0%
Xətai - 1 624,2 - 22,9%
Səbail - 1 019,5 - 12,2%
Sabunçu - 642,4 - -2,9%
Qaradağ - 369,5 - 56,4%
Suraxanı - 324,2 - 75,9%
Xəzər - 232,7 - 20,7%
Pirallahı - 5,8 - 9,0%
Akif Nəsirli

0.037184953689575