Erməni strateq: “Müxtəlif güc mərkəzlərinin geosiyasi maraqları Qarabağ ətrafında birləşib”

Erməni strateq: “Müxtəlif güc mərkəzlərinin geosiyasi maraqları Qarabağ ətrafında birləşib”
 

Paralel.az xəbər verir ki, erməni siyasi strateqi V.Akopyan belə deyib: “Mövcud Konstitusiyaya görə, Qarabağ parlamenti və prezident institutu obrazlı desək, “siam əkizləri”dir. Prezidentin istefası avtomatik olaraq parlamentin buraxılması ilə nəticələnir və əksinə. Bundan sonra parlament və prezident seçkiləri eyni vaxtda keçirilir. Müharibədən sonrakı hazırkı reallıqlarda parlamentin buraxılması və prezidentin “defolt olaraq” istefası Qarabağı ən azı bir legitim instituta malik olmaq imkanından məhrum edir. Bunu düzəltmək lazımdır.
Əsas Qanuna edilən dəyişikliklər ikincinin istefası və ya ləğvi zamanı adı çəkilən qurumlardan birinin saxlanılmasına imkan verəcək. Moskvanın mühüm rolu, sülhməramlılar amili və s. nəzərə alınmaqla, islahat prosesi böyük ehtimalla həm Ermənistan hakimiyyəti, həm də Rusiya tərəfi ilə razılaşdırılıb.
Müxtəlif güc mərkəzlərinin geosiyasi maraqları Qarabağ ətrafında birləşib. Mən istisna etmirəm ki, bu ziddiyyətlər sonda seçki prosesini poza bilər. Ona görə də siyasi sistem üçün gələcək stresslərin qarşısını almaq üçün Konstitusiyanı indi təkmilləşdirmək daha yaxşıdır”.
Nigar

0.88877296447754