Qorxuram

Qorxuram
 

Tapdıq Abbas yazır:

Ramiz getdi, örtüləcək yarıqlar?!
Kimə qaldı Ramiz geyən çarıqlar?!
Kimə düşdü, kimə çatdı qalıqlar?!
Ta yanacaq söndürülmüş ocaqlar?!
Gedən getdi, qalanlardan qorxuram!

Bahaçılıq viran qoyub ölkəni!
Kim saxlayar qasırğa yıxan yelkəni?!
Misir götürər Ramizdən düşən tikəni!
Bu dünyada kimi qazanar, kimi yeyər!
Gedən getdi, qalanlardan qorxuram!

Millət bezib rüşvətxorların əlindən!
Qarğış düşmür gecə-gündüz dilindən!
Məmur minib düşmür xalqın belindən!
Ramiz getdi, ramizlər qaldı, baxıram!
Gedən getdi, qalanlardan qorxuram!..

0.024566173553467