Rusiya ilə müharibə başlayarsa Ukraynanın İT şirkətləri hansı addımları atacaqlar ? Hara köçəcəklər ?

Rusiya ilə müharibə başlayarsa Ukraynanın İT şirkətləri hansı addımları atacaqlar ? Hara köçəcəklər ?
 
 
Osman Gündüz:
Bununla bağlı İT şirkətlər arasında sorğu keçirilib.
Rəyi soruşulan Ukrayna şirkətlərinin 92%-i müharibə başladığı təqdirdə atacaqları addımları artıq müəyyən etdiklərini bildiriblər.
Bu addımlar şirkətlərin bir hissəsinin Ukraynanın içərilərinə doğru miqrasiyası və qonşu Avropa ölkələrinə miqrasiyadan ibarətdir.
Çox sayda İT qurum müharibə ehtimalının aşağı olmasını bildirib. 56% şirkət sifarişlərdə hansısa dəyişiklik olmadığını açıqlayıblar.
13% İT şirkət yalnız ən vacib və ən əhəmiyyətli İT mütəxəssisləri köçürəcəklərini qeyd ediblər.
Xatırladıram ki son bir-iki ildə Ukrayna İT sektoru hədsiz dərəcədə inkişaf edib.
İT sektorda ixracın həcmi 7 milyard dollardır. Son üç ildə İT məhsulların ixracını 2 dəfə yüksəldə biliblər. ( Azərbaycanda İT məhsul ixracı təxminən 20 milyon manatdır ).
Ukraynanın İT sektorunda hazırda 285 000 mütəxəssis çalışır.
Ötən illərdə Belarusdan da bura bir xeyli İT mütəxəssislər və İT şirkətlər köç edib.
Bir neçə gün öncə Ukrayna Prezidentinin İT şirkətlərin nümayəndələri ilə qapalı görüşü keçirildiyi haqqında məlumat verilmişdi.
Geniş açıqlama verilməsə də mövzunun müharibə olması ehtimal olunurdu.
Yeri gəlmişkən, müharibə təhlükəsi bu ölkənin başının üsütnü alsa da İT sektoru izləyəndə görmək olur ki işlər tam sürətlə gedir.
Startaplara , İT sektora böyük yatırımlar edilir. Xarici öllkəkərin Vençur fondalrı elə bu anlarda da bu ölkənin startaplarına və İT sektora milyonlarla yatırımlar edilər.
Nə zaman göz gəzdirsən hansısa startapın milyonlarla investisiya aldığının , hansınınsa milyonlara satıldığını şahidi olmaq mümkündür.
Yəni, belə demək mümkünsə, müharibə qapının ağzını kəsdirsə də bu ölkənin İT sektorunda canlanma tam sürətlə davam edir
P.S. Yeri gəlmişkən, ölkəmizdə, cəmi 10 maddədən ibarət olan Vençur maliyyələşmə , vençur fondlar haqqında qanun layihəsini
7 ildir ki gözləyirik.
Maraqlıdır və absurd bir vəziyyətdir ki, üç böyük dövlət qurumumuz illərir ki, bununla məşğuldur.
Son məlumatlara görə razılaşma olub ki, bu qanun layhəsini ASAN hazırlayacaq.
Təəssüf ki ,bizdə rəqəmsal biznesin, innovativ ekosistemin inkişafına kömək edən qanunlardansa medianın, sosial medianın tənzimlənməsinə daha çox diqqət yetirilir.
Paralel.az
0.029045820236206