Toylarının 91-ci ildönümünü qeyd edən cütlük

Toylarının 91-ci ildönümünü qeyd edən cütlük
 

 

İsrailli cütlük 91 ildir evlidir. Onlar 10 və 12 yaşlarında evləniblər, birlikdə uzun həyat yaşayıblar. Amma yenə də bir-birlərini sevirlər.

Zəkəriyyə və Şamaa Yəməndə anadan olublar. Gələcək həyat yoldaşları yetimliklə böyüyüblər. Oğlanın 12, sevgilisinin isə 10 yaşı olanda onlar evlənoblər. O zaman bu, normal hesab olunurdu və yəhudi icmasında qalmağın yeganə yolu idi.

Gənc cütlüyün öz evi belə olmadığından eşşək anbarını təmizləyərək orada məskunlaşıblar. 1948-ci ildə yoxsulluq və yəhudilərin təqibləri səbəbindən onlar İsrailə qaçıblar.

İndi Şamaa və Zəkəriyyənin 11 övladı, 64 nəvə-nəticəsi var.

Həyat yoldaşlarından tez-tez belə güclü ailənin sirrinin nə olduğu soruşulur.

“Sirr nədədir? Allah onu mənim yanıma göndərdi. Onu almaq mənə qismət oldu. Qadınlar qoyun kimi mənə yapışırdılar, amma heç birini almadım”, - deyə Zəkəriyyə bildirib.

Şamaa isə əlavə edib ki, onlar heç vaxt mübahisə etmirlər və həyatı xoşbəxt yaşayırlar.

Paralel.az

0.34662985801697