İdris Abbasov yazır...

İdris Abbasov yazır...
 
 
AMEA rəhbərliyindən şok açıqlama: "...45 milyon manat dövlət vəsaitini tarac edən akademik Vaqif Abbasov..." 45 000 000!!! Ey dadi-bidad! Lap 45 min, 5 min, 3 min, 300 olması da dəhşətdir. Qanunsuz yollarla dövlətin 1 manatını yeyənin canı alınmasa, o dövlətin gələcəyi olmaz. 45 milyon isə lap ağlasığmazdır. Bunu yalnız ən qəddar, ən yaramaz düşmən edə bilərdi. Təəssüf ki, o düşmənlər içimizə soxulublar!
Azərbaycanımızı zülmətdən nura çıxaracaq Günəşin Akademiyadan doğması, inanın ki, bir xalqı əbədi bəxtiyar edə bilər. Mənəviyyat, iradə, əzm, millətə, dövlətə və insanlığa bağlılıq bu yerdə lazımdır. Bu qədər vəsaitin mənimsənilməsi yüz minlərlə ailənin səssiz-səmirsiz məhv edilməsi deməkdir. Halbuki dövlətlərarası uzunmüddətli savaşlarda çox vaxt bu qədər can itkisi, maddi tələfat olmur. Ruhən pozulmuş daxili düşmənlərə qarşı ya səfərbər olunmalı, ya da məhvimizlə barışmalıyıq!
Paralel.az
0.080229043960571