Veysəloğlu vətəndaşlara qurdlu şokolad yedirir, tumlarının içindən paslı mismar çıxır...

Veysəloğlu vətəndaşlara qurdlu şokolad yedirir, tumlarının içindən paslı mismar çıxır...
 
 
Müəllim çörəyi ilə böyüyən Aydın Talıbov tamah sarıdan kimə oxşayıb? 
Aydın Talıbov, 1941-45 müharibəsi dövründə də sənin kimilər olub…
Satıcılar  deyir ki, qiymətlər tez-tez dəyişir imkan edib qiymətləri yeniləyə bilmirik…
“Veysəloğlu”nun sahibi, unutma ki, bu dünyada  ilahi ədalət var…

Deyir hər kəs öz dilinin altında gizlənib...danışan kimi hər şey açılıb tökülür.
Buna görə biz də bir media olaraq hər dəfə Aydın Talıbovun öz dilindən yapışırıq. Ki, sonra Tağı müəllim demişkən, “burcutmasın”.
Bəli, “Veysəloğlu” Şirkətlər Qrupunun sahibi  Aydın Talıbov  hər dəfə açıqlama verəndə əməlli-başlı media üçün informasiya verir.
Aydın Talıbovun  “sitat”larına keçmədən tam səmimi şəkildə bildirək ki, biz özümüz də bir alıcı-müştəri olaraq “Veysəloğlu”nun  xidmətlərindən bezib-usanmışıq.
Belə ki, nə vaxt  Aydın Talıbovun OBA-sına daxil olursan, bir ucqar  kənd dükanının  səviyyəsi ilə qarşılaşırsan.
Vitrinlərdəki pintilik, toz basmış məhsullar adamı uzaqdan çağırır.
Dəfələrlə, satıcılara deyəndə ki, niyə məhsulların üstündə qiymət yoxdur ?
Yazıq satıcılar məzlum-məzlum deyirlər ki, qiymətlər tez-tez dəyişir imkan edib qiymətləri yeniləyə bilmirik.
Gundemxeber.az gundelik-baku.com-a istinadla bildirir ki,  Veysəl müəllimin oğlu  qiymətləri ayda 2-3 dəfə deyil e, həftədə 2-3 dəfə dəyişir, yəni bahalaşdırır.
Adam, sən başa düşmürsən ki, sənin bu əməlin cənab Prezidentin süni qiymət artımı ilə bağlı tapşırığına birbaşa ziddir. Həm də sən imkansız, kasıb təbəqənin hesabına milyonlar qazanmaq istəyirsən.
Aydın Talıbov, bu gün pandemiya səbəbindən bütün dünyada maddi sıxıntı, iqtisadi böhran yaşanır. Sən isə fürsətdən istifadə edərək  qiymətləri qaldırırsan, kasıb təbəqənin belini qırırsan.
Bu bilirsən nəyə oxşayır ?
Yaşlı nəsil danışırdı ki, 1941-45-ci ilin müharibəsində sənin kimiləri  1 çörəyə, yaxud  5 kiloqram buğdaya kasıbların olub-qalanını, hətta qiymətli əşyalarını tutub alırdı. Hətta qızıl nişan üzüyünü  verib  10 kilo un alanlar da olub. Böyüklərindən soruşsan sənə deyərlər.
Sənin hərəkətlərin də  həmin  fürsətcil adamları yada salır.
Aydın Talıbov, axı  sən müəllim çörəyi ilə böyümüsən, bəs tamah sarıdan kimə oxşamısan..?
Sözün qısası, Aydın Talıbovun “Araz”, “Oba”  marketləri kasıblar üçün göz dağına çevrilib.
Bütün bunlar azmış kimi,  Veysəloğlu şirkəti  vətəndaşlara içi qurdlu Ulduz şokoladı yedirir, PATRON tumlarının içindən paslı mismar çıxır.
Biz hələ OBA-nın kiflənmiş pendirindən, xurmasından danışmırıq.
Ortada konkret şikayətçilər var. Biz sadəcə, uzun-uzadı təkrarçılığa yol vermək istəmirik.
“Ulduz”  fabrikində  qənnadı məhsullarının içindən çıxan QAYKA, BOLTA görə, o günahsız işçiləri niyə həbs etdirdin, Aydın Talıbov ?
Sənin “Araz”  marketlərindən aldığımız  YANTAR pendiri iy verib iylənir. Soruşanda  market müdiri özünü sığortalamaq üçün deyir ki, vallah bu pendirlər bilirsiniz də  ( əlini yuxarı  tuşlayır…) kimindir, geri qaytara bilmirik, qorxuruq...
Veysəloğlu, market müdirlərin kimin adını çəkir, açıb desək, səni  məhşər ayağına çəkərlər. Ancaq biz sənin kimi fürsətcil deyilik…
Həə, Aydın Talıbov, kasıbların  cibindən oğurladığın pullarla  “xarici  revizor”una  35 min manat maaş verirsən. Sonra da vətənpərvərlikdən, patriotizmdən basıb-bağlayırsan.
Bir gün bu kasıbların ahı  səni və sənin kimiləri tutacaq.
Unutma ki, bu dünyada bir ilahi ədalət deyilən HÖKM var, Aydın Talıbov.
Nə qədər gec deyil, əməllərindən əl çək…
Təqdim edəcəyimiz video material Aydın Talıbovun fəaliyyətinin "ən yüksək səviyyədə" olduğunu göstərir.
 
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Paralel.az
0.020992040634155