Qurandakı Zülqərneyn 

Qurandakı Zülqərneyn 
 

İSA MEHDİOĞLU

İbn Sina X yüzillikdə “ Şəfa” kitabında yazır ki, Quranda adı çəkilən Zülqərneyn   Makedinyalı İsgəndərdir. X yüzillikdə Firdovsi də Qurandakı Zülqərneynyn Makedoniyalı İsgəndər olduğunu deyir. Ancaq hər ikisi də yanlışlığa yol verirlər. Çünkü Makedoniyalı İsgəndər Bytpərəst olmuşdur. Quran  nə bütpərəstliyi tanıyır, nə də onun peyğəmbərini qəbul edir. Qurandakı Zülqərneyn isə təkallahlıdır. İki kərə Tanrıdan ona vəhy gəlir. Dastandakı Oğuz-Zülqədər də təkallahlıdır, Goy tanrının birliyinə inanır. Tanrıdan vəhy alır. Dağın, ağacın , quşun dilini bilir. Okeanlar arasının  xaqanıdır. 

Tövratda adı çəkilən və Tövratın xəritəsinə düşən Türükkü ölkəsinin, Həmmədan (Hamədan) şəhərinin xaqanıdır. Görünür böyük duha Mövlanə Cəlaləddin Rumi Zülqədər dastanını bilirmiş. O, “Məsnəvi”sində yeri gəldikcə dastan olaylarından istifadə edir. Dastan qəhramanını peyğəmbər kimi verərək  yazır: ”Zülqərneyn Qaf dağına getdi, dağla söhbət etdi. Dedi ki, sən dağsan o biri dağlar nə? Qaf dağı dedi ki: O dağlar  mənim damarlarımdır. Onlar gözəllikdə mənə tay olmazlar” (M.C.Rumi. ”Məsnəvi”.Ankara 2012 s.388).

Dastanda Zülqədər dağla söhbət edir. Ondan məsləhətlər alır. Mövlanə dastandakı Zülqədərin, qurandakı  Zülqərneyn olduğuna arxain olduğu üçün, Zülqədərin dağla danışığını hədisinə salan zaman Zülqədər adı ilə yox, onu Qurana əsaslanaraq Zülqərneyn deyə məsnəvisinə salmışdı. Cəlaləddin Rumiyə görə Zülqərneyinlə, Zülqədər hər iki ad bir adamındir. Zülqədərin Qurandakı zülqərneyn olmasına isə heç bir kuşku (şübhə) yeri yoxdur.Bu danışılan olaylarda ilginc (maraqlı) bir giz (sir) var. X- Y.İ. Bütün türk dünyasına yayılmış Oğuz dastanını türk aydınları bilməmiş olmazdılar. Heç bir incələmə (təhlil) aparmadan, gerçəklik (dəlil) tapmadan Firdovsinin“Qurandakı Zülqərneyn Makedoniyalı İsgəndərdir” deməsini bütün ilahiyat alimləri dinməz-söyləməz qəbul edirlər. Zülqərneyni peyğəmbərlər sırasından çıxardırlar. Ama Açıq-aydın Quranla səslənən Oğuz dastanındakı olayları, Mövlanə Ruminin, Mahmud Qaşqarlının Oğuza Zülqərneyn demələrini  1400 ildir ilahiyat üləmalarımız görmürlər. Həqiqəti üzərə çıxardıb kişini öz yerində oturtmurlar niyə? Çünkü bu xalqda öznünkünə ögöylük, biganəlik həmişə var.   İlk yaranmış ağız dastanı olan Oğuz xan ilə, müsəlmanlıqdan sonra yazıya alınan Oğuz xan .dastanların aralarında xeyli  çeşitli dəyşiriklər var. Belə ki, Oğuzun Nuhun nəvəsi olması. Atasına yağı olub onu öldürməsi. Ağac oyuğundan uşağın doğulması və b. olaylar  Borçalı xalq dastanında yoxdur. Dastanın Borçalı çeşidində Oğuzun uşaqlarından da söhbət getmir. Bir takım (Bəzi) tarixçilər Oğuz xan dastanının Mete xan haqqında yaradıldığını deyirlər. Yazılı mənbələrdə deyilir “Oğuz xan Mete xanın məhz özüdür”(Vikipediya-Kayzen).

Hər iki dastanda bir çox oxşarlıqlar olduğunu kanıtlamağa (sübut etməyə) çalışırlar. Ancaq Oğuz xalq dastanında olan ululuğa fikir vermirlər. Oğuz dastanında hadisələrin gedişi uzaq keçmişlərə, adamların mağara dönəmlərinə gedib çıxır. Mete xan  dastanı isə yer üzünün yüksək uyğarlığa (mədəniyyətə) yiyələndiyi bir sürədə, Y.Y.İ-dən öncə II-yüzildə. güclü dövlətlərin olduğu bir dönəmdə yarandığı aydındır. Bundan başqa Dastanda Oğuz Qara xanın oğlu olduğu deyilir. Eyni dönəmdə də Türk mifoloqiyasında Qara xan yaradıcı Tanrı kimi verilir.

Demək Oğuz xan həm də bir Tanrı oğlu kimi də verilir. Dastanda olan bu ideya onun ululuğunu kəsinləyir (təstiqləyir). Üstəlik olaraq sürə ilə ilgili dastanın heç bir yerində tarixin göstərilməməsi də,  dastanın ulluğunu qocamanlığını bir daha tanıtlandırır (sübut edir). Mete xan dastanının yaranması isə. Tarixi kimsə olan Tymən xanın oğlu Mete xan ilə bağlı olduğu üçün, yarandığı dönəm aşkardır. Demək hər iki tarixi kimsələr başqa-başqa adamlardılar. Bunları eyniləşdirmək türkün tarixinə sataşmaqdır. Oğuznamədə adı çəkilən Buz dağı, dastanda Qaf dağı kimi verilir. Çünkü qaf dağının yarıdan yuxarısı həmişəlik buzluqla örtülüdür. «Oğuznamə»də Oğuzun taleyini göstərən tuşu (yuxu görməni) Oğuzun vəziri Bilgə xan görür. Dastanda isə  Oğuzun özü görür, Lələsi isə yuxunu yozur.

Araşdırıcı alim, tarixçi  D.Y.Yermeyev çox qədimlərdən şimali Qafqazda Hun tayfalarının yurt saldıqlarını, Hunların mədəni əşyalarının şimali Qafqazın hər tərəfindən aşkar edildiyini yazır. (D.Y.Yermeyev   ”Enoqenez turok” M. 1970.s.53-54)  Yermeyevin bu araşdırması da dastanın boşuna yaranmadığının tanıtıdır (sübutudur). Çünkü dastanın yürüşlərinin hər yerində Oğuz xan oradakı xalqı gəlişdirmək üçün ordusundan hun ailələrini ayırdığını görürük. Elə bunun ilişgisidir ki, hər yerdə aparıcı güc kimi hunlar öz adlarını və uyğarlıqlarını saxlamışlar.Olja Süleymanov yazır: ”Assuriya hökmüdarı Assarxadon dövrünə aid edilən Assuriya xronikalarında iç Oğuz və onun hökmüdarları haqqında bir çox bilgilərin olduğu göstərilmişdir. (O.S.”AZ-YA” Bakı 1993.s.224)  O. Süleymanovun yazısı Çələbinin yazısını bir daha doğruldur.

Tarixçilərin yazdıqları kimi Zülqərneyn–Zülqədər, doğrudanda Oğuz xan ola bilərmi? Bütün Oğuznamələrdə Oğuzun kimliyi və onun getdiyi yollar, dastandakı Oğuzun getdiyi yollarla tamam eynilik yaradır. Hər ikisindəki bütün hadisələr eynidir. Xaqan olan gənc Oğuz xana sonralar  Zülqədər deyilməsi dastanda açıq-aydın göstəriliir. Oğuz xan haqqında tarixçilərin araşdırmalarında üzə çıxan hadisələrin Quran ayələrinə uyğun gəlməsi  Oğuz xanla Zülqərneynin eyni kimsə olmaları heç bir kuşku doğurmur. Oğuz xanın kiçik asyada Zülqərneyn takımını daşıması da təsadüfü deyil. İlk  öncə  Rüstəm Paşanın dediyi kimi, Oğuz xanın tacının iki buynuzlu olması və   iki yönə, doğuya və batıya sarı yön alıb, yürüş etməsi, Yahudilər və Ərəblər tərəfindən bu takımın verilməsinə aydın ilgi ola bilər.

Şu dastanı: Onu deym ki, tarixçilərmiz, dastançılarmız ”Şu” dastanını da Makedonyalı İsgəndərin adna çıxırlar. Burada da hər hansı bir ynlışlıq var. Çünkü Şu dastanında adı çəkilən yerlərdə İsgəndər olmamışdır. Bu  da Oğuz xanla (Zülqərnenlə) bağlı dastan ola bilər. Mahmud Qaşqarlı əsərində Oğuz dastanında olan olaylardan danışarkən Oğuzun əvəzinə Zülqərneyn deyir. Bu da onu göstərir ki, M.Qaşqarlə Zülqərneynin Oğuz xan olduğunu bilirmiş.  Aydın olmayan hansı səbəbdənsə M. Qaşqarlının araşdırıcı türkoloqları əsərlərində M.Qaşqarlının Zülqərneynini İsgəndər eləmişlər. O, yazır: “ Zülqərneyn uyğur illərinə gəldikdə Türk xaqanı ona 4  min ər göndərmiş. Bunlar önə ok atdıkları kibi arkaya da ok atarlarmış. Zülqərneyn bunlara şaşı qalmış”. (N.S.B.s. 254)   “Zülqərneyn by vilayətə Hudhur adı vermiş, sonralar h ərifi düşmüş Udhur olmuş. Həriflərin çevrilməsi nəticəsində Uyğur olmuş” (N.S.Banarlı “Türk ədəbiyatı tarixi” İstanbul 1971 s255) Ama indinin araşdırıcı alimlərimiz “Şu” dastanından danışarkən Zülqərneyni İsgəndər eləmişlər. Yazırlar: “İsgəndər onların üzlərinə baxıb, kimsədən soruşmadan “Türk manənd” dedi. İsgəndərin həmin sözü ilə bu kişilərin adı “Türkmən olaraq qaldı”. (Bax.N.S.Banarlı “Türk ədəbiyat tarixi” Bakı 1971.s.16) (Bax. Nizami Cəfərov” Qədim türk ədəbiyatı” Bakı 1004.s. 41).

Folklorçularmızdan vı yazarlarmızdan soruşmaq gərək Fateh İsgəndər nə Zamandan saldatları ilə farsca danışmağa başladı ? Görünür əldə olan Şu dastanı ilk qaynaq deyil. Oraya İsgəndər sözü sonralar əlavə olunubdur. Ya da ilk qaynaq kimi Fars qaynağından götürülübdür. Çünkü Oğuz xan dastanında həmin adamlara  “Türkə bənzəyirlər” deyilir.  Ona görə də mənim türküm anlamını verən “Türkmən” deyilibdir. Sonra” Şuya qalınca o ordusu ilə birlikdə Çin tərəfə keçdi İsgəndərdə arkasından yürüdü“ və s. ( s.16). Axı yol xəritəsinə görə İsgəndər Çində olmayıbdır. Olmadığı yerə necə gedə bilər. Demək  Çinə gedən İsgəndər yox Oğuz xan olmuşdur. Çin xaqanına qonaq olmuşdur. Sonra yazırlar: “İsgəndər Uyğurlar üçün şəhər də yapdı”. ( s.16) İsgəndər olmadığı yerdə şəhəri necə yapa bilər. Ancaq Oğuz dastanında “Oğuz (Zülqərneyn) Uyğurlar üçün ilk şəhər yapır adını da  Hunlarının ününə“Hunqar” qoyur.

Uyğur adının yaranmasında da  M. Qaşqarlının söhbəti ilə Oğuz xanın uyğurlara ad verməsində çox uyğunlaqlar var. Araşdırıcı alimlərimiz bu yanlışlığı nə vaxt düzəldəcəklər aydın deyil.Maraqlı belə bir sorğu yaranır.

Doğrudan da Makedoniyalı İsgəndər Uyğurustanda, Çində olubdurmu, İtil çayından, Hucənd çayından keçibdirmi? Qaranlıqda (Şimalda) olubdurmu? Qaf daıəndan keçibdirmi. Dünyanın hər hansı bir yrində sədd tikdirməsi olubdurmu? Axtarsaq yalnız yox cavabını alacayıq.Bu gün İsgəndərin yürüş marşurutu elmə məlumdur. Tarixdən aydındır ki, İsgəndər Makedoniyadan batıja yürüş etməmişdir. Onun yürüşü yalnız güneyə (cənuba) sarı olmuşdur. Ortaasiyaya yürüşü Soqdinyaya, Səmərqəndə qədər getmişdir. Oradan Tacikistandan, Əfqanstandan keçərək. Üzünü Hindistana tutmuşdur. Demək İsgəndər Özbəkistan sınırından, Səmərqənddən  o yana getməmişdir. Belə olan halda yenə sorğu yaranır? Bəs  Çinə qədər gedən, Hucənd çayını keçən, Qaranlığa gedən Zülqərneyn kimdir? Bu sorğuya Oğuz-Zülqədər dastanı çox aydın cavab verir. Oralara gedən xaqan (sərkərdə) 6 min ildir xalqın yaddaşında yaşayan Zülqədər-Zülqərneyn Oğuz Xandır. Buna kuşku edənlər yanılırlar.

Kazım Mirşan deyir e.ö. IV- minillikdə  Ağ dənizlə Cin arasını, Ural, Dunay, Hindistan sınırlarını kapsayan bir İmperiya olmuşdir. Runik və Mixi yazılarını da Urmiya ətrafında e.ö. 7-6 minilliklərdə onlar yaratmışlar. F. Ağasoğlu və T.Azərtürk bu düşüncəni kəsinləyirlər. Ama Nə dövlətin adını çəkirlər, nə də yaradıcının kimliyini deyirlər. Deyilən dönəmi və dövlətin sınırlarını gözdən keçirdikdə Oğuz dastanında olan olaylarla çox uyöun gəlir. Demək həmin adsız imperiya Turan imperiyasıdır Yaradıcısıda Zülqərneyn-Oğuzdur.  

Ən azı 6 min il tarixi olan ilk türk xaqanlığını quran türkün 2-ci peyğəmbəri olan Oğuzu (Zülqərneyni) ərəbləşdirməklə türk xalqının ən qədim inamını da ərəbləşdirmək istəyi bunlarda niyə haradan yararlanır bu giz mənə aydın deyil.  Maraq doğuran belə bir sorğu yarana bilər: dünyanun hər bir yanından səsi-sədası gələn ulu Hunların Bir-biri ilə ilişgiləri varmı, yoxsa ayrı köklüdülərmi?. Bu sorğunun üstündə 70 ildən artıqdır ki, alimlərmizin  kimisi üzünü gündoğana tutub Hunları doğuda axtarır. Kimisi də günbatana tutub batıda axtarır. Heç bir sonluğa gələ bilmirlər. Bu sorğunun cavabını biz yenə “Oğuz-Zülqədər” dastanında tapa bilərik. Oğuz dastanında olan olayları, Oğuz xanın doğuda, quzeydə dilbilməz xalqın içərisində ailə ilə öz hunlarını qoymasını  gözönünə gətirdikdə, qədimlərdə döyüşçülərin orduda ailəli yaşamalarına inanmalıyıq. Oğuz xan getdiyi yerlərdə qoyduğu hunlarını həmişəlik o yerli xalqa öndərlik etmək üçün qoyurdu.

Odur ki, Oğuz xan getdiyi yerlərdən hımişə hunların səsləri gəlmişdir. Asyanın hər iki ucunda arxeoloqların qazıntılarında tapılan şeylərin oxşarlığını incələyən arxeoloqlar sorumuza cavab verərək hər yerdə tapılan Hunlar eyni kökdən olduqlarını deyirlər. Ama Həm doğu, həm batı Asyada arxeoloqların  açdıqları gömütdə yatan kimsələrin sümüklərinin antropoloji qurluşu onu göstərir ki türklər bir neçə genetik köklərdən yaranmışlar. Onların bəzilərinin təmiz Qafqaz tipində olmaları, bəzilərinin təmiz monqoloid tipində olmaları, bəzilərinin qarışıq olmaları bu xalqın qarışıq xalq olmalarından xəbər verir. 

Genetik qarışıq olmalarına baxmayaraq, gömütlərdə tapılan yaşayış şeylərində eyniliynin aşkar edilməsi, gömütlərin basdırılma qaydalarının eyniliyi, gömütlərdə tapılan yemək qablarının eyniliyi, xüsusi ilə sayğı göstərilən at gömütlərinin tapılması, hər şeydan öncə, günəşin simvolu kimi götürülən, e.ö.VI-V-minilliyə ilişgi edilən  “çarxlı xaç”ın (çarxıfələk-svastika), bəlkə daha çox şeylərin tapılması, Asyanın hər iki ucunda  türk uyğarlıqlarının, dini gələnəklərinin bir olmasından xəbər verir. Tapılan, bütün arxeoloji qazıntılar qədim Bopçalı  Oğuz dastanının doğru bir bilənək oldiğuni kəsinləyir. Oğuz Xan və onun Hunları ən azı 6-7 min il öncə batı Asya uyğarlığını doğu Asya xalqına daşıyıb gətirmişlər və bu gələnəkləri doğu türküstanda yaşatmışlar.

Beləliklə, dil baxımından bütün Asya xalqları qarışıq bir ulus (millət) halını almışdır.. Hunların uyğarlıqları (mədəniyətləri) yerlilərdən üstün olduğu üçün, ölkədə aparıcı güc yiyəsi Hunlar olmuşlar və aşamalarla bütün xalq Hun adlanmışlar. Sonralar da böyük Hun dövlətini yaratmışlar. Bu gün dünyanın böyük bir alanını kapsayan xalqın, türk dilində danışmaları üçün Oğuz xana (Zülqərneynə) borcludular.

 

Paralel.az

0.022634029388428