Ölüsünə ehsan vermək istəyən 12 ədəd meyvə ağacı əksin 

Ölüsünə ehsan vermək istəyən 12 ədəd meyvə ağacı əksin 
 

Bağınızın, bostanınızın məhsulundan qurban olaraq paylayın. Bu vaxt məhsulun (meyvənin, tərəvəzin) ən keyfiyyətlisi Yaradan yolunda verilməlidir. 

Yaxın gələcəkdə insanlar bitkilərdən verilən Qurban bayramını qeyd edəcəklər. Buna “Qansız  bayram” deyiləcək. Hər il yayda qeyd ediləcək bu bayramda insanlar üç gün ərzində öz bağ-bostanlarının məhsulundan qurban olaraq paylayacaqlar. Heyvanı olmayan və yaxud heyvan almağa pulu olmayanlar, öz bağlarının meyvəsindən imkansızlara  paylamaqla savaba çatacaqlar. 

Yaxın gələcəkdə insanlar ölülərə ehsan olaraq meyvə ağacları əkəcəklər. Bütün bunlar ekologiyaya  müsbət təsir göstərməklə yanaşı, insanların qidaya, vitaminə olan təlabatını da təbii yolla ödəyəcəkdir. Həm də insanlarda yardımlaşma, paylaşma hisslərini artıracaq ki, bu da günahların yuyulmasına və savabın çoxalmasına səbəb olacaqdır. 

Ölüsü üçün ehsan vermək istəyənlərə  tövsiyyə olunur ki, mərhumun ehsanı üçün 12 ədəd meyvə ağacı əksinlər. Ölən adamın varisləri  o ağaclara ehtiramla yanaşsınlar və qulluq etsinlər. Ağacların meyvələrini hər il yetimlərə və imkansızlara paylayıb, ölən adam üçün dua etmələrini xahiş etsinlər. Onların hər il etdikləri  dualarla ölən adamın günahları ya tamam, ya da qismən bağışlanar. 

Ölən adam  əgər çoxlu var-dövlət qoyub gedibsə, ölən günü həmin var-dövlətdən 40 yetimi doyuzdurmaq tövsiyyə olunur (və yaxud, heyvan kəsib, 40  yetimin evinə pay göndərmək  olar). Mərhumun ilində isə, yeddi yetim doyuzdurmaq tövsiyyə olunur. Mərhum yuxunuza girirsə, üç yetim doyuzdurun. 

Uşaq anadan olanda, toy zamanı, hərbi xidmətə uşaq yola salanda, hər hansı bir insanı itirmə səbəbiylə, Ali məktəbə qəbul olanda, məktəbi bitirəndə, iş tapanda, ev alanda...  çalışın bar verən ağac əkin; meyvələrindən ehtiyacı olanlara paylayın.

Unutmayın ki, ancaq yetimlərə (və çox yoxsullara)  verilənlər Allah dərgahında ehsan olaraq qəbul edilir. 

Dr. Paşa Yaqub - Elmi-lədun bilicisi

Paralel.az

0.012136936187744