Ekvadorda daşqınlar nəticəsində ölənlərin sayı 27 nəfər olub - VİDEO

Ekvadorda daşqınlar nəticəsində ölənlərin sayı 27 nəfər olub - VİDEO
 

Ekvadorun paytaxtı Kitoda daşqınlar nəticəsində azı 27 nəfər həyatını itirib.

Paralel.az” xəbər verir ki, bu barədə şəhər administrasiyası tviterdə yazıb.

Bundan əlavə, 55 nəfər yaralanıb. Onlardan 41-i xəstəxanalardan evə buraxılıb, 14-ü tibb müəssisələrində qalmaqda davam edir, 1-i kritik vəziyyətdədir. İki nəfər itkin düşmüş hesab olunur.

Qeyd edək ki, bazar ertəsi Kitoda leysan olub, nəticədə bir çox ərazi suyun altında qalıb.

 

 
 
 
0.01971697807312