Türkiyəli dənizçinin qətiyyəti qısa zamanda böyük rəğbət qazanıb - VİDEO

Türkiyəli dənizçinin qətiyyəti qısa zamanda böyük rəğbət qazanıb - VİDEO
 

Türkiyəli dənizçi İlker Özdemir bir anda ölkə mətbuatında gündəmə çevrilib.

Buna səbəb onun balıq ovu üçün Egey dənizində Yunanıstan Sahil Mühafizə Dəstəsinin özbaşınalığı ilə apardığı mübarizə olub.

Sahil Mühafizə Dəstəsinin üzvləri beynəlxalq sularda olan türkiyəli dənizçilərdən Yunanıstanın ərazi sularında olduqlarını söyləyərək bölgəni tərk etmələrini tələb ediblər. Lakin Türkiyə mətbuatının da yazdığı kimi “İlker rəis” onlara aman verməyib. Hüquqlarını ustalıqla bilən və videoda da haqlı mövqeyini koordinatlarla sübut edən dənizçi hətta SM dəstəsi üzvlərini meydan oxuyub.

Dənizçinin bu cür qətiyyətli davranışı qısa zamanda daxili auditoriyada böyük rəğbət oyadıb.

Paralel.az

0.022166013717651