Lavorv və Blinken arasında telefon danışığı olub

Lavorv və Blinken arasında telefon danışığı olub
 

Paralel.az xəbər verir ki, Aİ, ABŞ, NATO və Rusiya arasında "Ukrayna diplomatiyası" davam edir.

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Sergey Lavrov və amerikalı həmkarı arasında  Ukrayna ilə bağlı telefon danışığı olub.

Açıqlamada görüşün təfərrüatları paylaşılıb:

“ABŞ və NATO-nun daha əvvəl onlara təqdim etdiyi beynəlxalq hüquq müqavilələrinə yazılı cavabları kontekstində Rusiyanın təhlükəsizliyinə hüquqi təminatların verilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Nazir Lavrov NATO-nun genişlənməməsi və Rusiya yaxınlığında hücum silahlarının yerləşdirilməməsi də daxil olmaqla, bütün ATƏT ölkələrinin öz təhlükəsizliyini başqalarının təhlükəsizliyi hesabına gücləndirməmək öhdəliyinə sədaqətlə riayət etmək tələblərimizin imperativ xarakterini vurğulayıb. Üzərində işlənməkdə davam edən cari tövsiyələr nəzərə alınmaqla, təhlükəsizlik mühafizəsi üzrə gələcək iş imkanları müzakirə edilib".

Akif Nəsirli

0.010004043579102