"Putin Gürcüstan və Ukraynanı öz təsir dairəsinə qaytarmaq istəyir"

 

"Rusiya təkcə Ukraynanı deyil, həm də Gürcüstan və Moldovanı da öz təsir dairəsinə qaytarmaq istəyir".

Paralel.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson, Ukraynaya rəsmi səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Putin Avropanın təhlükəsizlik xəritəsini yenidən cızmağa və yeni təsir dairələri yaratmağa çalışır:

"O, Avropanın təhlükəsizlik xəritəsini yenidən cızmağa və yeni təsir dairələri yaratmağa çalışır. Rusiyanın öz təsir dairəsinə salmaq istədiyi təkcə Ukrayna deyil, Putin həmçinin, Gürcüstan, Moldova və digər ölkələri də öz təsir dairəsinə qaytarmaq istəyir. Vəziyyət olduqca kritikdir”,- deyə Conson bildirib.

Boris Conson həmçinin, Ukraynadan Rusiyaya bir daha səslənib və Putini geri çəkilməyə çağırıb, əks təqdirdə, Rusiyanın Ukrayna ərazisinə keçən kimi sanksiyaların qüvvəyə minəcəyini bildirib.
Akif Nəsirli

0.010259866714478