Dörd gürcü şəhərində eyni anda aksiya...

Dörd gürcü şəhərində eyni anda aksiya...
 

Paralel.az xəbər verir ki, Gürcüstanda eyni anda dörd şəhərdə - Tbilisi, Kutaisi, Poti və Kobuletidə etiraz aksiyası keçirilib.

Aksiyada ictimai fəallar və vətəndaşlar ölkədə baş verən bahalaşmaya etiraz ediblər. Aksiya iştirakçıları infliyasiyanın son 10 ildə ən yüksək səviyyədə olduğunu, ərzaq və kommunal xidmətlərə vergilərin isə rekord həddə artdığını deyirlər.

Tbilisidə etirazçılar “Gürcü Arzusu”nun mərkəzi ofisinə toplaşıblar. Onlar hakim komandaya Gürcüstanın Avropa Birliyində sığınacaq axtaran ölkələr arasında ilk onluqda yer adlığını xatırlatmaq üçün toplaşdıqlarını bildiriblər.

Etirazçıların sözlərinə görə, iqtisadi problemlərə görə insanlar Gürcüstanı tərk edir, meriya və bələdiyyə işçiləri isə səbəbsiz yerə öz maaşlarını artırırlar.
Akif Nəsirli

0.011649131774902