Gürcü larisi dollara qarşı möhkəmlənir

Gürcü larisi dollara qarşı möhkəmlənir
 

Fevralın 2-də aparılan ticarət dövriyyəsi nəticəsində lari dollar qarşısında möhkəmlənib, avro qarşısında isə ucuzlaşıb.

Paralel.az xəbər verir ki, bu gün 2 fevral tarixində 1 ABŞ dolları 3.0451 lari olaraq müəyyənləşib.

İqtisadçılar milli valyutanın dollara nisbətdə möhkəmlənməsini şərtləndirən amillərdən biri kimi pul köçürmələrinin həcminin artmasını göstərirlər. Qeyd olunur ki, 2021-ci ildə Gürcüstana 2,35 milyard dollar pul köçürməsi baş tutub ki, bu da əvvəlki illərlə müqayisədə rekord hədd hesab olunur.

Ekspertlər qeyd edirlər ki, ölkədə həmçinin pul siyasəti də sərtləşdirilib bu da lariyə tələbi artırır və məzənnənin sabitləşməsinə töhfə verən önəmli amildir.
Akif Nəsirli

0.011197805404663