İran və Ermənista bokçuları birgə məşq edəcək

İran və Ermənista bokçuları birgə məşq edəcək
 

Paralel.az xəbər verir ki, bu ilin mart ayında İran və Ermənistan boks komandalarının Tehranda birgə düşərgəsi təşkil ediləcək.

"İRNA" xəbər verir ki, Ermənistanın milli boks komandası İran Boks Federasiyası ilə birgə məşqlər təşkil etməkdə razılaşıblsar. Ermənistan boksçuları növbəti yarışlara hazırlıq məqsədilə mart ayında İran milli komandası ilə 10 günlük birgə düşərgədə məşqlər üçün İrana səfər edəcək.

İran və Ermənistan Boks Federasiyaları arasında əldə edilmiş anlaşmaya görə, sözügedən məşə düşərgəsi martın 6-dan etibarən 10 gün müddətinə Tehranda keçiriləcək. Ermənistanın boks millisi 13 boksçu və üç baş məşqçi ilə düşərgəyə qatılacaqlar.
Akif Nəsirli

0.01121997833252