Ermənistan XİN rəhbəri: “Yerevanla Ankara arasında münasibətlərin normallaşması bir tərəfin mövqeyindən asılı deyil”

Ermənistan XİN rəhbəri: “Yerevanla Ankara arasında münasibətlərin normallaşması bir tərəfin mövqeyindən asılı deyil”
 

Paralel.az xəbər verir ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avstriyanın xarici işlər naziri Aleksandr Şalenberqlə mətbuat konfransında  belə deyib: “Ermənistanın mövqeyində heç bir dəyişiklik baş verməyib. İstər son illərdə, istərsə də 25-30 ildə İrəvan hesab edir ki, ilkin şərt olmadan Türkiyə ilə sərhədlər açılmalı və diplomatik əlaqələr qurulmalıdır.
İndiyədək Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin bir görüşü baş tutub. O, bir çox əsaslı məsələlərə toxuna bilmədi. Amma prosesin yaxşı gedəcəyinə işarələr var. Lakin bu, bir tərəfin mövqeyindən asılı olmayan məsələdir”.
Nigar

0.010818958282471