Zaxarova britaniyalı nazirin biliyini ələ salıb

Zaxarova britaniyalı nazirin biliyini ələ salıb
 

Paralel.az xəbər verir ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova Britaniyanın xarici işlər naziri Liz Trussun coğrafiyadan tamamilə xəbərsiz olduğunu deyib: “Xanım Truss, sizin tarix bilikləriniz coğrafiya biliklərinizlə müqayisədə heç bir şey deyil. “Baltikyanı müdafiə etmək” üçün siz Qara dənizdən yox, Baltikyanılıqdan hərəkət etməlisiniz. Buna görə də Baltikyanı ölkələr belə adlanır, bu dənizin sahilində yerləşirlər”.
Əvvəllər Liz Truss Ukraynadakı vəziyyəti də şərh edərkən tarix bilikləri ilə fərqlənib. O,  “Ukrayna əvvəllər monqollardan tutmuş tatarlara qədər işğalları bilirdi”  söyləyib”.
Nigar

0.037751913070679