Norveç  “koronavirus gözlükləri”nin  sınağı üçün könüllülər cəlb edir

Norveç  “koronavirus gözlükləri”nin  sınağı üçün könüllülər cəlb edir
 

Paralel.az xəbər verir ki, norveçli elm adamları  “koronavirus eynəkləri”ni sınaqdan keçirmək üçün könüllüləri işə cəlb edir: “Norveç Xalq Sağlamlığı İnstitutunun alimləri genişmiqyaslı araşdırma aparmaq və istənilən eynəklərin koronavirusdan qoruduğu nəzəriyyəni sınaqdan keçirmək üçün könüllüləri işə cəlb edirlər.
Xəbərə görə, virus orqanizmə göz vasitəsilə daxil ola bilər. Buna görə də eynəklərin, o cümlədən günəş eynəyinin koronavirus və digər infeksiyalardan qoruya biləcəyini istisna etmək olmaz.
Alimlər hesab edirlər ki, virusun yüksək yayılma tempi şəraitində ideal olaraq 20 minə yaxın könüllüyə ehtiyac var.
Təcrübə artıq dünya ictimaiyyətinin diqqətini cəlb edib və danimarkalılar da bu sahədə araşdırmalara başlayırlar”.
Nigar

0.011992931365967