Eşitmə qabiliyyətini qorumaq üçün nə etməli?

Eşitmə qabiliyyətini qorumaq üçün nə etməli?
 

Paralel.az xəbər verir ki, tibb mütəxəssisləri qulaq xəstəliklərindən bəhs ediblər.
Doktor A.Myasnikova görə, tinnitus müxtəlif səbəblərdən yarana bilər. Onlardan biri də dərmanlardır: “Çox vaxt tinnitus qeyri-steroid antiinflamatuar dərmanlar tərəfindən təhrik edilir. Məsələn, aspirin”.
 Otorinolarinqoloq Boris Starosvetskinin sözlərinə görə isə, eşitmə qüsurunun erkən aşkarlanması mühüm vəzifədir: “Onun həyata keçirilməsi üçün yeni doğulmuş uşaqların audioloji müayinəsi sistemi tətbiq edilib. Karlıq nə qədər tez aşkar edilərsə, uşağa bir o qədər tez kömək etmək olar”.
Yaşlandıqca eşitmə qabiliyyətimizi itiririk - bu, qaçılmaz bir həqiqətdir. Myasnikova görə,  bu, eşitmə cihazımızın fizioloji xüsusiyyətləri ilə bağlıdır: “Eşitmə reseptorları və sinirlərin atrofiyası. Bir qayda olaraq, bu, bərpa olunmur”.
 Mütəxəssislər vurğulayıb ki, eşitmə cihazı eşitməni müalicə etmir, sadəcə səsi gücləndirir. Eşitmə qabiliyyətini qorumaq üçün təhlükəsizlik qaydalarına -  həddindən artıq yüksək səslərdən qaçmaq, vaxtaşırı profilaktika ilə məşğul olmaq və şəxsi gigiyenaya riayət etmək lazımdır.
Pambıq çubuqlar da qulaqları təmizləmək üçün nəzərdə tutulmayıb: “Həkim-otolarinqoloqlar bunu etməyi məsləhət görmür. Qulaq kanalı düz deyil və dar bir hissəyə malikdir. Çubuqla onu yalnız içəriyə itələyirsən.
Qulaqlıqdan istifadə eşitmə itkisinin ən çox yayılmış səbəbidir. Hər şey yüksək səslə bağlıdır. 80 desibeldən çox intensivliyi olan hər hansı səs-küy daxili qulağa mənfi təsir göstərir. Qulaqüstü qulaqlıqlar daha az zərər verir”.
Nigar

0.010303974151611