Tapdıq Abbas yazır...

Tapdıq Abbas yazır...
 



VİP sədri Əli Əliyevin həbs olunması ilə siyasi repressiyanın güclənməsi, ölkə Konstitusiyası və Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarla imzaladığı sənədlərlə ziddiyyət təşkil edən "Media haqqında" qanunun qəbul olunması, ölkədə söz və mətbuat azadlığının boğulması istiqamətində sürətlənən hallar, qanunçuluq zəminində baş verən proseslərin hüquqi müstəvidən zor müstəvisinə keçməsi və bu kimi digər mənfi hallar ölkəmiz üçün yaxşı heç nə vəd etmir...
Bu cür ziyanlı və dünyada qəbul olunmayan hərəkətlərlə Azərbaycanı dünyadan təcrid edib cəngəllik qanunları ilə basqı altında saxlamağa çalışan repressiv, düşmənin xeyirinə çalışan qüvvələr ölkəmiz, xalqımız və hakimiyyət üçün olduqca arzuolunmaz perspektiv yaratdıqlarının fərqində belə deyillər...
Azərbaycanın beynəlxalq aləmdə təklənməsinə və təcrid olunmasına daha çox xidmət edən antidemokratik və qanunazidd halların qarşısının alınması istiqamətində dövlət tərəfindən təxirəsalınmaz ciddi tədbir görülməsinin vacibliyi çox aktualdır...
Paralel.az

0.019597053527832