ABŞ Türkiyənin F-16 qırıcılarının alınması tələbini təsdiqləyə bilər

ABŞ Türkiyənin F-16 qırıcılarının alınması tələbini təsdiqləyə bilər
 

Paralel.az xəbər verir ki, ABŞ Türkiyənin NATO-nun Qara dənizdəki müttəfiqlərini gücləndirmək üçün F-16 qırıcıları almaq istəyini təsdiqləyə bilər: “Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenin ona ABŞ Senatını F-16-ların satışına razı salmaq üçün hər cür səy göstərəcəyinə söz verdiyini bildirib.
Tərəflər Ankara və  Vaşinqtonda görüşlər keçirib. ABŞ Türkiyənin 40 Block 70 F-16 döyüş təyyarəsi və 80 Block 70 təkmilləşdirmə dəstinin alınması ilə bağlı müraciətini təsdiqləyə bilər.
ABŞ daha əvvəl Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən Türkiyəyə ən son F-35 qırıcılarının tədarükü proqramından çıxarıldığı barədə rəsmi bildiriş göndərmişdi. ABŞ 2007-ci ilin yanvarında Türkiyənin F-35 layihəsində qalan yeddi tərəfdaşı - Böyük Britaniya, İtaliya, Hollandiya, Avstraliya, Danimarka, Kanada və Norveç ilə imzaladığı F-35 ilə bağlı ortaq memorandumu ləğv edib. Türkiyə prezidenti bildirib ki, ABŞ F-35 tədarükü proqramından çıxarıldıqdan sonra ölkəsinə F-16 qırıcıları almağı təklif edib”.
Nigar 

0.009929895401001