Poroşenkonun vəkili onun əmlakına həbs qoyulmasından apellyasiya şikayəti verib

Poroşenkonun vəkili onun əmlakına həbs qoyulmasından apellyasiya şikayəti verib
 

Paralel.az xəbər verir ki, Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun müdafiə tərəfi onun əmlakına həbs qoyulması ilə bağlı yanvarın 6-da Kiyevin Peçerski rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

TASS-a xəbər verir ki, bu barədə bu gün eks-dövlət başçısının vəkili İqor Qolovan məlumat verib.

“Müvəkkilim apelyasiya şikayəti veriblər”, o, Ukrayna Xəbər Agentliyinə şərhində bildirib.

Kiyevin Peçerski Rayon Məhkəməsi sabiq prezident Pyotr Poroşenkonun bütün əmlakına həbs qoyub. Onun barəsində dövlətə xəyanətlə bağlı qərar qəbul edilib. Vəkil əlavə edib ki, Poroşenkonun müdafiəsi sənədlərin saxtalaşdırılmasının qarşısını almaq üçün məhkəməyə iki dəfə etiraz edib.
Akif Nəsirli

0.011296987533569