Erməni rəsmisi  cavabdan yayınıb

Erməni rəsmisi  cavabdan yayınıb
 

Paralel.az xəbər verir ki, Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan sərhəddəki vəziyyətlə bağlı sualları cavablandırmayıb: “Yanvarın 19-da Milli Məclisdə jurnalistlər sərhəddə nə baş verdiyini nazir müavinindən öyrənməyə çalışıblar.

“Mən bilirəm, siz də bilirsiniz ki, vəziyyət necədir” deyə, Sarkisyan deyib.

Jurnalistlər nazir müavinindən konkret nə baş verdiyini öyrənmək istədiklərini desələr də, o yalnız  “mətbuatımızı izləyin, biləcəksiniz” cavabını verib”.

Nigar

0.0095770359039307