Stoltenberq Ukraynanı müdafiə etdi

Stoltenberq Ukraynanı müdafiə etdi
 

“Təcavüzkar tərəf Rusiyadır. Deməli, Ukraynadan təzyiqin aşağı salınması istiqamətində addım gözləmək doğru olmaz”.

Paralel.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Şərqi Avropadakı böhranın diplomatik həlli üçün bundan sonra addım atmalı olan tərəf Rusiyadır. NATO Rusiyanın da qayğılarını nəzərə alacaq. Amma vəziyyət sabitləşdirmək Rusiyadan asılıdır”, - deyə o bildirib.

Y.Stoltenberq həmçinin vurğulayıb ki, Rusiya Ukraynaya hücum etsə, siyasi və iqtisadi sanksiyalara məruz qalacaq.

Qeyd edək ki, NATO-nun Baş katibi Kanadanın dövlət televiziyası olan “CBC News”a müsahibə verib.
Akif Nəsirli

0.015826940536499