“Azəriqaz” İstehsalat Birliyinin açıqlaması

“Azəriqaz” İstehsalat Birliyinin açıqlaması
 
Paralel.az xəbər verir ki, "Zenner" smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi zamanı yaşanan problemlə bağlı “Azəriqaz” İstehsalat Birliyi açıqlama verib.

Açıqlamada deyilir: 

“"Zenner" smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi ancaq "e-manat" tipli terminallarda mümkündür. Həmin terminallarda proqram dəyişikliyi olub. Yenilənmə olmuş aparatlarda bu ödənişi həyata keçirmək mümkün deyil.  Bu barədə rəsmi şəkildə "e-manat" şirkətinə də müraciət olunub. Bu cavabı aldıq ki, hələlik metrolarda olan aparatlarda yenilənmə olmadığından karta pul yükləmə yalnız orada mümkün ola bilər. Bu isə müvəqqəti problemdir”.

Şahnaz
0.01456093788147