Türkiyədə mafiya liderinin 32 adamı saxlanıldı
Türkiyədə Antalya başda olmaqla, ümumilikdə 6 bölgədə keçirilən Quyu-27 əməliyyatı çərçivəsində mafiya lideri Beratcan Gökdəmirin dəstəsinə aid 32 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Paralel.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.
Hazırda həbsdə olan B.Gökdəmirin mütəşəkkil cinayət təşkilatına qarşı təşkil edilən əməliyyat nəticəsində 23 ədəd sənədsiz tapança, 2 ədəd sənədsiz tüfəng, müxtəlif miqdarda narkotik vasitə və külli miqdarda pul da ələ keçirilib.
Cinayətkar təşkilatın üzvlərinin iş adamlarına qarşı hücum, əmlaka ziyan vurma və hədələmə cinayətləri törətdikləri müəyyən edilib.