Məşhur müğənni Bakıya ad gününə gəldi, 70 min dollar qonorar aldı - VİDEO
Türkiyəli müğənni Petek Dinçöz Bakıda ad günündə iştirak edərək yüksək qonorar alıb.
Paralel.az xəbər verir ki, bu barədə aparıcı Elgiz Əkbər öz verilişində bildirib.
O qeyd edib ki, Bakıda Bilgəhdə villası olan varlı şəxs Petek Dinçözü oxuması üçün oğlunun ad günü məclisinə dəvət edib.
Petek 8 nəfərlik ailə üzvləri qarşısında orkestrla birlikdə mahnılarını səsləndirib.
Sonda isə 70 000 dollar qonorar alıb.