4 nəfər üstümə hoppandı - Xalq artisti - VİDEO
“Bir məşhur deyim var: “Ruh yüksəkliyini itirmiş xalq məğlubiyyətini, ilk addımını atıb”. Ruh yüksəkliyi mütləq olmalıdır bütün xalqda xüsusi ilə də döyüşən insanlarda”.
Paralel.az xəbər verir ki, bunu Faiq Ağayev “Günə bax” verilişində deyib.
Xalq artisti bildirib ki, Birinci Qarabağ savaşı zamanı əsgərlər qarşısında çıxış edərkən ona atəş açıblar:
“Bizə atəş də açıblar. 4 nəfər haradan gəldi heç bilmədim. Hərəsi bir tərəfdən hoppanıb məni altlarında gizlətdilə. İşimiz ruh yüksəkliyi gətirmək, kiminsə qəmini unutdurmaqdır. İndi isə millət olaraq qəmimiz qalmayıb. Ən vacibi də budur”.