Əbədi lənətlənmişlər

Əbədi lənətlənmişlər
 
Öz ölkəsini talayıb, xalqın haqqını kisələrinə doldurub xaricə qaçan heyvan xislətli satqınlar düşünürlər ki, conların, kerilərin ölkələrinə milyonlar, milyardlar tökdükləri üçün o ölkələrdə gül balaları ilə birgə kef edəcəklər, həmişə hörmətli olub xoş gün-güzəran görəcəklər,eynən nağıllardakı kimi. Ona görə də, mənsub olduqları xalqı həvəslə soyur, qanını vedrələrlə içirlər.
Bu insan şəklindəki yırtıcı və son dərəcə təhlükəli məxluqlar qanmırlar ki, görməmişcəsinə qucağına atıldıqları ingilis, alman öz millət və dövlətlərini mamedlərin, zamirələrin xalqdan oğurladıqları qanlı pullara qurban verməzlər. Əksinə, o antibəşəri, "tupoy" zatların ölkədən qaçırdıqları milyardlarını əlllərindən alıb özlərini isə alman, ingilis xalqlarına və dövlətlərinə qurban edərlər.
Məgər o dövlətlər ümumbəşəri canilərə azadlıq və sərbəstlik verəcəkləri qədər ağılsız və acizdirlər?! Öz Vətəninə, anasına, dövlətinə, xalqına xəyanət etmiş, millətinə qan qusdurmuş, neçə-neçə ailələrin aclıq və səfalətdən məhv edilməsinə səbəb olmuş iqtisadi qatillərin və canilərin öz murdar xislətlərindən əl çəkəcəklərinə hansı ağıllı dövlət və millət inanar?!
Lənətə gəlmiş bu üzdəniraq cəsədlər heç vaxt mənəvi rahatlıq tapmayacaqlar. Bəşəriyyətin xilası onların məhv ediləcəyi günə təsadüf edəcək. Təsadüf isə zərurətdən doğur.
İdris Abbasov
Paralel.az
0.011801958084106