Ekspert:”Satış qiymətindəki limiti sanki aşmağa qoymurlar”

Ekspert:”Satış qiymətindəki limiti sanki aşmağa qoymurlar”
 

Paralel.az xəbər verir ki, ekspert Samir Əliyev bəzi banklarda dolların alış qiymətinin qalxması barədə məlumat paylaşıb

O, bildirib ki, hazırda bəzi banklarda alış qiyməti Mərkəzi Bankın rəsmi məzənnəsi ilə eynidir. ”Dolların alış qiymətinin qalxması FED-in bu günlərdə açıqlanması gözlənilən qərarı ilə bağlı deyil. İlin sonu olanda banklarda və əhalidə özünüqoruma instikti yaranır. Amma indi ilin əvvəlidir. Ona görə də hansı səbəbdən dolların alış qiymətinin bəzi banklarda qalxmasını araşdırmaq lazımdır. Maraqlı məsələ odur ki, satış bahalaşmayıb. Satış qiymətindəki limiti sanki aşmağa qoymurlar. Valyutadəyişmə məntəqələrində isə alış qiyməti həmişə banklarla müqayisədə baha olub.”

Qeyd edək ki, Mərkəzi Bankın açıqladığı rəsmi məzənnəyə əsasən, dolların satış qiyməti hazırda 1.70-dir.

Şahnaz

0.078130960464478