Abşeron Milli parkında “açıq qapı” günü

Abşeron Milli parkında “açıq qapı” günü
 

Paralel.az xəbər verir ki, bu gün Abşeron Milli parkında “açıq qapı” günü olacaq.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.

“Açıq qapı” günü 11 yanvar - Dünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar keçirilir.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, 11 yanvar - Dünya Qoruqlar və Milli Parklar Günü, Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il qeyd olunur.

“Açıq qapı” günü ziyarətçilər milli parka gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala və səmərəli gün keçirə bilərlər.
Akif Nəsirli

0.01530385017395