Partlayış səslərindən narahat olmağa dəyməz

Partlayış səslərindən narahat olmağa dəyməz
 

Paralel.az xəbər verir ki, Müdafiə Nazirliyi Gəncə şəhəri və onun ətrafındakı yaşayış məntəqələrində eşidilən partlayış səslərinə aydınlıq gətirib.

Nazirlikdən bildirilir ki, Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir:

"Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur."
Akif Nəsirli

0.010838031768799