Bankdan götürdüyü dollar saxta çıxıb

Bankdan götürdüyü dollar saxta çıxıb
 

Paralel.az xəbər verir ki, Qazantepdə yaşayan iş adamı Cuma Karahan götürdüyü iki yüz dolların saxta olduğunu öyrənib: “Qaziantepdə Cuma Karahan 15 ildir müştərisi olduğu özəl bankdakı valyuta hesabından 1850 dollar çıxarıb. Karahan daha sonra borclu olduğu dostlarına pul ödəyib. Karahanın dostlarından birinə dollar dəyişmək üçün getdiyi valyutadəyişmə məntəqəsində 100 dolların saxta olduğunu və pul aparatından keçmədiyini bildiriblər. Vəziyyətdən xəbərdar olan Cuma Karahan pulu götürərək dərhal banka qaçıb. Bankda yenidən yoxlanılan pul bir daha maşından keçincə nə edəcəyini çaşqınlıqla qarşılayan Karahan polisə şikayət edib.
Şikayət əsasında yoxlanılan pulun 1100 dollarlıq hissəsində 100 dolların saxta olduğu müəyyən edilib. Karahan aldığı pulların qeydləri və seriya nömrələrinin olduğunu, digər insanların zərərçəkən olmaması üçün bu məsələdən vaz keçməyəcəyini bildirib: “Bu dollarları 3-4 müxtəlif valyuta satıcısına göstərdik, saxta olduğunu dedilər. Biz banka və müştəri xidmətlərinə lazımi şikayətləri etdik. İlk dəfədir ki, başımıza belə bir hadisə gəlir. Yəni valyutadakı pul aparatından keçməyən pul bankdakı maşından keçir. Təəccübləndik, belə bir şey gözləmirdik. Bankdan aldığım pulun saxta olduğunu heç düşünməmişdim. İndi bankdan pul götürəndə çox diqqətli olacam”.
Nigar

0.11123299598694