Maraqlı statistikadır...

Maraqlı statistikadır...
 
Rəsmi məlumata görə, əhalinin gəlirlərinin təxminən 60%-i Bakıda yaranır. Və yenə rəsmi məlumata görə, Bakıda ölkə əhalisinin 23%-i yaşayır.
Rəsmi statistikaya görə, Bakıda əhalinin adambaşına aylıq gəlirləri ölkə üzrə ən aşağıya göstəriciyə malik bölgənin göstəricindən təxminən 10 dəfə yüksəkdir.
Bakı ilə müqayisə üçün belə bir maraqlı hesablama apardım: ev təsərrüfatları ən aşağı gəlirli inzibati ərazi vahidləri arasında Bakının rəsmi elan olunan əhalisi qədər (2,3 mln. nəfər) əhaliyə malik rayonların sayı 19-dur. İqtisadiyyat üzrə əhali gəlirlərinin isə cəmi 10%-i həmin 19 rayonda formalaşır.
Gini əmsalı obyektiv hesablansa, hətta rəsmi statistikanın gəlirlərə münasibətdə elan etdiyi 10 dəfəlik bölgələrəası fərq həmin əmsalda öz əksini tapmalıdır.
Azərbaycan rəsmi statistika qurumu hələ də Gini əmsalını hesablamağı və ictimaiyyət üçün açıqlamağı özünə borc bilmir...
Rövşən Ağayev
Paralel.az
0.28677105903625