Etirazçılara məsələnin araşdırılacağı vəd edilib

Etirazçılara məsələnin araşdırılacağı vəd edilib
 

Paralel.az xəbər verir ki, bu gün Vətən Müharibəsi (44 günlük İkinci Qarabağ Müharibəsi) iştirakçılarından ibarət bir neçə hərbi qulluqçu Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib.

Onlar hərbi mükafatlardan məhrum edilməsindən narazılıq ediblər. Aksiya iştirakçılarının dediyinə görə, 

“Müharibə iştirakçılarının mükafatlandırılması, onlara diqqət, qayğı göstərilməsi barədə prezident İlham Əliyevin tapşırığına baxmayaraq, bizim xidmətlərimiz qiymətləndirilməyib. Arxa cəbhədə xidmət edənlər medal aldılar, amma  bizi unutdular", - 

Müdafiə Nazirliyinin nümayəndəsi etirazçıların qarşısına çıxaraq məsələnin araşdırılacağını vəd edib. Aksiya insidentsiz başa çatıb.

Şahnaz
0.013195037841797