Biz nə etməliyik?

Biz nə etməliyik?
 

Siracəddin Hacı yazır:

Zalım Putin qorxutma, zorakılıq, şiddət yolu ilə xalqları, dövlətləri köləliyə məcbur etməyə çalışır. Putinin kölələşdirmə siyasətinə dirəniş göstərmək istəyən liderin iki addım atması zəruridir: a) ədalət və azadlıqla xalqına bağlanmalıdır; b) dövlətinin və xalqının müttəfiqlərini artırmalıdır;

Bu iki şərt yerinə yetirilsə, Putinin müdaxilə imkanları azalacaq, qarşısında milləti görən Putin geri çəkiləcək.

Azərbaycanda qarışıqlıq olsa, biz hakimiyyətə gələrik ölçüsü ilə düşünənlər varsa, onlara demək istəyirəm ki, bu, xəstə düşüncədir, Putinin imkanlarını artırmaqdır, səbəbləri Putin müəyyən edəcəksə, nəticəni də o müəyyən edəcək.

Azərbaycan xalqı ədalət və azadlığa bağlı milli birliyi təbliğ edən, bu yöndə ciddi addımlar atan siyasi qüvvələri və insanları bağrına basacaq, belə ki, xalqın buna ehtiyacı var, bunu istəyir. Milli birlik deyərkən kiminsə ətrafında birləşməyi nəzərdə tutmuram, dəyərlər ətrafında birləşməyi nəzərdə tuturam. Bu dəyərlər də bəllidir: Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, ədalət, azadlıq, rifah.

Paralel.az

0.0074899196624756