Bakı Birlik Təşkilatı” Hüquqi, Humanitar, Sosial, İctimai Birliyinin - BƏYANATI

“Bakı Birlik Təşkilatı” Hüquqi, Humanitar, Sosial, İctimai Birliyinin - BƏYANATI
 
 
Biz, “Bakı Birlik Təşkilatı” Hüquqi, Humanitar, Sosial, İctimai Birliyi olaraq, Qazaxıstan Respublikasında avtomobillər üçün nəzərdə tutulmuş maye qazın qiymətinin qalxması fonunda 2 Yanvar 2022-ci il tarixindən başlayan, sonradan eskalasiya edərək böyüyən etirazlar nəticəsində öldürülənlərə görə üzülür, din və soy qardaşlarımız olan Qazax türklərinə dərin baş sağlığımızı bildirir, yaralananlara görə Allahdan şəfa diləyirik.
 
Həmçinin:
 
1. Ölkə daxili etirazların nəzarətdən çıxaraq daha çox ölümlərə səbəb olmaması üçün Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevi və etiraz edən xalqı tez bir vaxtda dialoq masası arxasına keçərək, narazılıqları sivil qaydada, müzakirələrlə davam etdirməyə çağırırıq!
 
2. Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevin, KTMT dövlətlərinin silahlı qüvvələrinin ölkəsinə gəlişini əsaslandırmaq üçün, öz xalqını “quldur” və “terrorist” adlandırmasını qətiyyətlə pisləyirik!
 
3. KTMT dövlətlərinə mənsub silahlı qüvvələrin Qazaxıstan ərazisinə girməsini, KTMT müqaviləsinin 4-cü bəndinə, həmçinin elə həmin bənddə istinad olunan BMT nizamnaməsinin 51-ci maddəsinə zidd olduğu üçün qeyri-qanuni hesab edirik! Qazaxıstandakı daxili etirazlar, dövlət suverenliyini və ərazi bütövlüyünü təhlükəyə atacaq xarici intervensiya deyil!​
 
4. Ölkə daxili etirazlar Qazaxıstanın daxili güc strukturları tərəfindən tənzimlənməlidir!​
 
5. “Türk Dövlətləri Təşkilatı”nı Qazaxıstanda baş verən beynəlxalq hüquq normalarının pozulmasına, KTMT silahlı qüvvələrinin qeyri-qanuni olaraq ora daxil olmasına adekvat reaksiya verməyə çağırırıq!
 
“Bakı Birlik Təşkilatı” Hüquqi, Humanitar, Sosial, İctimai Birliyin İdarə Heyəti
0.014117002487183